+1 səs
23 baxış
Tibb, Sağlamlıq bölməsində

Başgicəllənməsi hiss edərkən nə olur?

1 cavab var:

0 səs
Yer üzündə yaşayan hər bir məx huqun müvazinət hissi olmalıdır.

Çünki ağırlıq qüvvəsinin təzyi qindən hər şey yerin cazibəsinə məruz qalır deyə, normal hərəkət etmək üçün mütləq insan öz müvazinətini saxlamalıdır.

İnsanın müvazinət hissinə cavabdeh olan orqanlarını yarımdairəvi kanallar adlandırırlar. Bu, qulağın içində yerləşən və yarımdairə şəklində uzanmış borucuqlardır.

Niyə onlar üç dənə olur? Çünki fəzanın üç ölçüsü var. Bax bu kanallar da, elə üç istiqamətə yönəlib.

Boruların içində maye olur, onların bir tərəfində kürəşəkilli, ampula deyilən bir genişlik var. Bu ampulalarda həssas hüceyrələrdən ibarət, sinir lifləriylə bağlı sərt tükcüklər bitir.

Kanallardakı maye hərəkətə gələrkən, tükcüklər əyilir, bundan da beyinə və əzələlərə siqnallar gedir. Həmin boruların müxtəlif istiqamətlərə yönəlməsinə görə, istənilən səmtdə hərəkət tükcükləri buna reaksiya verməyə vadar edir. Məsələn, avtomobildə gedərkən, iki kanaldakı tükcüklər hərəkətsiz qalır, amma irəli hərəkət üçün cavabdeh olan tükcüklər əyilir. Bunun səbəbi borunun içindəki mayedir.

İndi gəlin təsəvvür edək ki, biz sürətlə firlanınq. Üfüqi yarımdairəvi kanaldakı maye həssas tükcükləri geriyə əyəcək. Biz dayananda, limfa öz ətalətiylə dairəvi hərəkətini davam etdirəcək. Bu ona səbəb olacaq ki, indi də tükcüklər əks istiqamətdə əyiləcək. Və həmin an bizə elə gələcək ki, guya dairəvi hərəkətimiz davam edir, bax mayaraq ki, yerimizdə dayanmışıq. Ya da bizə elə gələcək ki, bütün dünya başımıza fırlanır. Başqa sözlə desək, başgicəllənməsi hiss edəcəyik.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 10 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 02 Yanvarda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...