Siz nə vaxtsa istəmisiniz ki, ağrı hiss etməyəsiniz? Təbii ki, hə.
Amma əslində, biz taleyimizə şükürlər etməliyik ki, ağrını duya bilirik. Ağn bədənin qorunma mexanizmidir. Biz diş ağrısını hiss etməsəydik, onun müalicəsiylə vaxtında məşğul ola bilməzdik. İsti bir şeyə toxunanda da ağrını duymasan, özünə ağır xəsarət yetirərsən.
Bəs siz bilirsinizmi ki, adamın ağrını hiss etməməsinə səbəb olan xəstəliklər də var? Belə insanlar özlərinə çox tez tez xəsarət yetirir yanır, yaralanırlar, çünki ağrı orlları ehtiyatlı olmağa çağırmır.
Çox maraqlıdır, amma elm aləmi ağrının yararıma mexanizmini hələ də tam aça bilməyib. Belə güman olunur ki, onur yaranmasına səbəb dərinin sərbəst sinir uclarının zədələnməsidir. Başqa sözlə desək, bu sinir ucları nəsə hiss edir, lakin ağrı yalmz güclü eneriinin təsirindən əmələ gəlir. Çox isti əşyalarda molekullar sürətlə hərəkət edir və bu səbəbdən, biz onlara toxunarkən ağrı hiss edirik.
Orqanizmin özünün xüsusi ağrı reseptorları yoxdur, amma qıcığı hiss edən xüsusi sinirləri var. Onlar onurğa beynindən baş beymə gedir.
Qıcıqlanarkən ağrı hissi yaranan dəri sahələrinə ağrı nöqtələri deyilir. Onlar bədəndə qeyri bərabər paylanıb, bəzi yerlərdə isə, ümumiyyətlə, yoxdur. Lakin bədənin orta hesabla hər ”o” hərfi boyda sahəsində bir ağ nöqtəsi var. Beləliklə, insan dərisində 3 milyona yaxın nöqtə var ki, ağrı orada hiss olunur.
Ağrı cürbəcür olur yanıqdan, kəsikdən, həşərat sancmasından və sairə. Və ağrı əslində, təzyiq, yüksək temperatur və başqa bu kimi sindromlarırı kombinasiyasırdan yaranar bir hissdir.