+1 səs
38 baxış
Tibb, Sağlamlıq bölməsində

Soyuqdəymə nədir? 

1 cavab var:

0 səs
Yəqin, çoxunuz xəstəsinə bu sözləri deyən həkim barədə məşhur lətifəni eşitmisiniz: “Sizi, ancaq sətəlcəminiz varsa, sağalda bilərəm...”

Soyuqdəymə insana əziyyət verən xəstəlik olmaqla yanaşı, həm də sirləri ən az açılmış azar-bezarlarımızdandır.

İnsanların əksəriyyəti, bu xəstəliyə hər il məruz qalır, onların yarısından çoxu isə soyuqdəymədən ildə azı iki dəfə əziyyət çəkir. Yəqin, siz soyuqdəymənin əlamət lərini istənilən həkimdən pis bilmirsiniz. Burnunuz axır, asqırırsınız, boğazınız qovuşur, yaxud ağrıyır, bəzən başağrınız olur, Sonra öskürək də başlanır, qızdırma da...

Böyüklərdə soyuqdəymə nadir hallarda ağır keçir. Amma uşaqlarda bu əlamətlər daha ciddi xəstəliklərin ilkin nişanələri ola bilər. Həmin xəstəliklər sırasına difteriya, qızılca da daxildir. Bax elə ona görə də soyuq dəymiş uşaqlar mütləq həkim nəzarətində olmalıdırlar.

Soyuqdəymə bir gündən üç günədək inkişaf edir və onun üç mərhələsi olur. Birinci mərhələyə “quru soyuqdəymə” deyirlər o üzün sürmür. Burnunuz tutulur, boğazınız acışır, gözləriniz sulanır. İkinci mərhələdə burnunuz axmağa başlayır. Və nəhayət, öskürək və qızdırma mərhələsi gəlir.

İndi isə bu xəstəliyin sirlərindən bəhs edək. Soyuqdəymə nədir və o nədən yararır? Biz onu yuxarı nəfəs vollarının kəskin iltihabı kimi təfsir edə bilərik. Lakin tibb elmi adi soyuqdəymənin yaranma səbəblərini bilmir.

Belə güman edilir ki, xəstəliyi bəlli bir virus yaradır. Maraqlı olanı budur ki, həmin virus, sən demə, bizim boğazımızda həmişə var, amma bədənin müqavimət gücü aşağı düşən kimi, o da hücuma keçir. Orada olan digər bakteriyalar da öz işinə başlayır. Beləliklə, soyuqdəymə virusu bizi zəiflədir, başqa viruslar isə xəstələndirir.

Soyuqdəymədən qorunmaq üçün ən yaxşı üsul, bədənin müqavimət gücünü yüksək səviyyədə saxlamaqdır. Yəni yaxşı yemək, yaxşı dincəlmək, havaya uyğun geyinmək və arhq soyuqlamış insanlarla təmasdan qaçmaq.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
2 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...