+1 səs
28 baxış
Tibb, Sağlamlıq bölməsində
Özünüzü pis hiss edərkən həkimin, yaxud ananızın ilk növbədə etdiyi nə olur? Təbii ki, bədəninizin temperaturunu ölçmək, onun yüksək olub-olmadığını aydınlaşdırmaq.

Qızdırma nədən yaranır?

1 cavab var:

0 səs
Bizim bədənimiz sağlam olanda, onun temperaturu 37 dərəcəyə yaxın olur. Xəstəlik zamanı bu temperatur yüksəlir və biz ona “qızdırma” deyirik. Qızdırma bütün xəstəliklər zamanı qalxmasa da, ona kifayət qədər tez tez təsadüf edilir.

Həkim, yaxud tibb bacısı qızdırmanı adətən gündə iki dəfə ölçüb, xüsusi vərəqə qeyd edir ki, onun dinamikasını izləyə bilsin. Bu xüsusi cədvəl həkimə xəstəliyi təyin etmək üçün lazımdır. Axı hər bir xəstəliyin özünə xas “temperatur xəritəsi”.

Təəssüf ki, biz qızdırmanın nə olduğunu axıra kimi başa düşə bilmirik. Amma bəllidir ki, o, xəstəliklə mübarizəyə kömək edir, orqanlarımız daha intensiv işləməyə məcbur olur. Bizim bədənimizdə çoxlu hormon, ferment, qan hüceyrəsi istehsal olunur. Hormonlarla fermentlər orqanizmin iş qabiliyyətinə təsir göstərən əvəzolunmaz şeylərdir. Yeni qan hüceyrələri zərərli mikrobları daha yaxşı öldürür, qanı dövranı yaxşılaşır, tənəffüs tezləşir və orqanizmimiz tullantılarını daha sürətlə rədd edir.

Lakin insan qızdırmaya uzun müddat dözə bilməz. Qızdırma 24 saat davam edəndə, hüceyrələrimizin əsasını təşkil edən protein dağılmağa başlayır. Proteinin isə həyat üçün çox vacib olduğu nəzərə alınsa, qızdırma xəstəliklə mübarizəni orqanizm üçün əvəzolunmaz bir şeyə çevirir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 16 Fevralda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 13 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
...