Qızılca dünyanın hər bir guşəsində yaşayan insanların mənuz qaldığı bir xəstəlikdir və Stəliyin məkana bağlı heç bir özəlliyi yoxdur. Amma məxsusi, alman qızılcası var ki, adi qızılcaya heç bənzəmir və orqanizmə tamam başqa cür təsir edir.
Qızılca, əsasən uşaq xəstəliyidir, lakin siz heç vaxt qızılca keçirməmisinizsə, elə yetkin yaşınızda da xəstələnə bilərsiniz. Onu yaradan çox xirda bir virusdur. Bu virusu yalnız güclü elektron mikroskoplar vasitəsiylə görmək mümkündür.
Qızılcaya çox asan yoluxmaq olar, çünki həmin viruslar xəstə adamın Öskürəyirdən havaya yayılan xırda damcılar vasitəsiylə ötürülür. Yoluxma hələ xəstələnməmiş, amrna virus daşıyıcısı olan insanla kontakt zamarı da baş verə bilər. Qızılcaya insan bütün ömrü boyu cəmi bir dəfə tutulur, elə ona görə də bu xəstəliyi uşaq ikən keçirmiş adamlar üçün təhlükə gözlənilmir.
Virusa yoluxardan 10-12 gün sonra ağızda və boğazda qırmızı ləkələr əmələ gəlir. Adam öskürməyə başlayır, hərarət qalxır, burun axır. Daha 1 2 gündən sonra qırmızı səpki bütün bədəni örtür. Bu proses güclü qızdırma ilə müşayiət olunur. Gözün ağı iltihaba uğrayır, onun işıga həssaslığı azalır.
Xoşagəlməz simptomlardır, eləmi? Amma elə ki, səpki hər tərəfə yayıldı, qızdırma o dəqiqə düşür və xəstə özünü nisbəton yaxşı hiss etməyə başlayır. Hərdən bu xəstəliklə eyni zamanda başqa mikroblar qulaqlara, ciyərlərə də infeksiya salır. Onda xəstənin halında təbii ki, cıddi ağırlaşmalar yaranır.
Qızılca epidemiyası adatən böyük şəhərlərdə, hər 2-4 ildə bir dəfə geniş
yayllır. Xəstəliyə yalnız qızılca keçirməyən uşaqlar tutulur. 5 ayadək olan və analan nə vaxtsa qızılca keçirən körpələr bu xəstəliyə yoluxmur. Qızılca virusuna adətən, ilin yaz aylarında yoluxurlar.
Xəstəliyin məxsusi bir dərmanı mövcud deyil. Müalicə üçün nəzərdə tulan zərdab xəstəliyin gedişini yalnız nisbətən yüngül ləşdirə bilir. Xəstə uşaq qaranlıq otaqda qalmalı və dincəlməlidir.