+1 səs
128 baxış
Tibb, Sağlamlıq bölməsində

Nikotin nədir?

3 Cavab

0 səs
Son zamanlar siqaretlərin reklamı ən onların tərkibində nikotin və qatranın az miqdarda olmasın dan çox danışırlar. Bəs insanları bu məsələ niyə belə maraqlandırır?

Siqaret çəkənlər tütündən məhz nikotinə görə ləzzət alırlar. Müəyyən miqdarda siqaretin çəkilməsi, əsəb sisteminə sakitləşdirici təsir göstərir. O həm də yorğunluq hissinin qarşısını almaq gücündədir, təxəyyülü bir az canlandınr ki, bu da bəzi adamların iş qabiliyyətini artır.

Tühinün əsas komponentlərindən biri nikotindir. Onu təmiz halda qəbul etsək, zəhər rolunu oynayacaq. Lakin siqaretə başqa koponentlər də daxil edilir.

Siqaret çəkmək “quru destilə” proseduruüdur. Bu o deməkdir ki, quru maddə buxara çevrilir. Siqaretin ən isti yeri onun közərən ucudur ki, orada yaranan istilik nikotinin 25%-ini dağıdır.

Siqaretin orta hissəsində temperatur da orta olur. Buradan nikotinlə zəngin qazlar yaranır və onun 3097 i havaya uçur. Ağıza yaxın olan hissədə isə soyuq tütün hissəcikləri var ki, nikotin onların üzərinə hopur və nəticədə, ümumi miqdarın yalnız 1595 i ağıza girir. Filtrli siqaretlər nikotini daha çox udur.

Siqaretin yanan ucuna məsafə nə qədər azdırsa, orqanizmə bir o qədər çox nikotin daxil olur. Ona görə də qısa, qalın siqaretlər və siqarlar nazik və uzunlardan daha tünd olur. Təkrar alışdırılan siqaret birinci dəfə oları kimi gur yarımır və nikotinin daha az qismini özündə saxlaya bilir.

Ağıza daxil olan 1976 nikotindən qana lap az qismi düşür. Lakin tütün tüstüsü ilə nəfəs alsarız, orqanizmə daxil olan nikotin ikiqat artmış olar.

Bu rəqəmləri biləndən sonra, ümumiy yətlə, siqaret çəkməmək yaxşıdır.
0 səs
Adam adı ilə bağlıdır: 1530-1600–cü illərdə yaşamış və Fransanın Lis­sa­bonda səfiri olmuş Nikot ilk dəfə Hindistandan tütün gətirən şəxs olmuş, söz də buradan yaranmışdır. Müasir mənası “tütün zəhəri” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
0 səs
Tütünün tərkibində olan narkotik maddə; tənbəki zəhəri.

Oxşar suallar

+3 səs
2 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 13 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...