+1 səs
79 baxış
Tibb, Sağlamlıq bölməsində

Xərçəng nədir?

6 Cavab

0 səs
Biz, yəqin, xərçənglə mübarizə aparan təşkilatların müraciətlərindən və bu sahədə aparılan tədqiqatlardan bilirsiniz ki, bu xəstəlik bəşəriyyət üçün ən böyük təhlükə sayılır. Biz xərçəng haqda yalnız ümumi söhbət açacağıq ki, siz xəstəlik barədə müəyyən təsəvvürə malik ola biləsiniz.

Xərçəng sağalmaz bədxassəli şişdir. Onun hüceyrələri orqanizmə yayılır və şişin ilkin aşkarlandığı yerlərdən, xeyli uzaqlara belə ziyan vura bilir. Əgər bu şişi vaxtında əməliyyat edib çıxarmasan, xərçəng insarın ölümünə səbəb olur.

Bizim bədənimizdə daim yeni hüceyrələr yaranır. Onlar böyüyür, qocalır, ölürlər, yerlərində isə təzələri əmələ gəlir. Lakin xərçəng hüceyrələri həm zahiri cəhətdən, həm də iş prinsiplərinə görə tamam fərqlidir. Onlar əmələ gəldikləri yerin hüceyrəsinə bənzəyir, ancaq mikroskop altında aralarındakı fərqi görmək olar.

Sonra xərçəng hüceyrələri bölünməyə başlayır, onların sayı artır. Onlar orqanizmi tamam məhv edənə kimi artırlar.

Bu hüceyrələr artandan sonra, bir yerdə qalmır, normal hüceyrələrin arasına yayılırlar və nəhayət, adi hüceyrələri sıxışdırıb. aradan çıxarırlar. Adi hüceyrə xərçəng hüceyrəsinin yanında nəinki normal çalışa bilmir, hətta ölməyə məcbur olur. Xərçəng qan vasitəsiylə bədənin müxtəlif yerlərinə yayılır və orada böyüyüb orqanların fəaliyyətinə mane olur.

Əgər bədxassəli şişin böyüməsi və yayılmasının qarşısı alınmasa, insan öləcək, Bax elə ona görə də, bu şişlərin aşkarlanması və vaxtında müalicəsi üçün müntəzəm olaraq tibbi müayinədən keçmək lazımdır.

Xərçəng insandan insana keçmir. Hələ bu xəstəliyin effektiv müalicəsinə zəmanət verən preparat da tapılmayıb. Odur ki, səhiyyənin ən mühüm vəzifələrindən biri xərçəngin təbiətini və yaranma səbəblərini sonadək öyrənmək və onun qarşısının alınması, müalicəsi üçün vasitələr tapmaqdır.
0 səs
Bu xəstəliyə bizdə “yenəc” deyiblər, yenmək sözündəndir. Xərçəng alınma sözdür, xəstəlik adı kimi məlum heyvanla zahiri oxşarlıq əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
0 səs
İnsan və heyvanın həm iç, həm də bayır orqanlarında əmələ gələn xətərli şiş.

Xərçəng xəstəliyi.
0 səs
Buğumayaqlılar tipindən üstü qınla örtülü və baş tərəfdə iri qısqacları olan suda yaşayan onurğasız heyvan.

Xərçəng molyusklarla qidalanır.
0 səs
Epitel toxumasında inkişaf edən yaman şiş.
0 səs
İnsan və heyvanın daxili və xarici orqanlarında əmələ gələn bədxassəli şiş.

Oxşar suallar

+3 səs
2 cavab
soruşub 12 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+3 səs
1 cavab
soruşub 11 Martda anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...