+1 səs
48 baxış
Fəlsəfə, Dərkedilməyən bölməsində

İnsanı iradəsinin əksinə olaraq hipnoz etmək olarmı?

1 cavab var:

0 səs
Hipnoz insanların çoxu üçün sirli bir aləmdir. Biz hipnoz altında olan adamların başına gələn maraqlı halları görmüşük və bilirik ki, həkimlər bəzən hipnozdan müalicə zamanı da istifadə edirlər.

Hipnoz altında olanda bizim bilik və bacarıqlarımız daha çox özunü göstərir. Onların bir qismi bizim içimizdə şüurla dərk edə bilmədiyimiz səviyyədə həmişə olub. Ona görə də bu bacarıqlara çox vaxt təhtəlşüur bilgilər deyirlər. Bəzən hipnoz olunmuş insan müəyyən bir vəzifə üzərində özünü elə cəmləyir ki, normal həyatında heç vaxt öhdəsindən gələ bilmədiyi işləri asanca yerinə yetirir.

İnsanı hipnoz etmək üçün, əvvəla onun özünün razılığı ilə tamam sakit vəziyyətə gətirmək lazımdır. Hipnoz edən, pasientə ona yorğun, halsız olduğunu dəfələrlə o qədər təkrarlaya bilər ki, insan özünü həqiqətən də, yorğun və halsız hiss edər və gözləri yumular, ətrafa marağını itirib yarıyuxulu vəziyyətə düşər. Məhz bu vəziyyətdə onun təhtəlşüur dünyasının bütün qapıları açılır.

Hipnoz altında olan şəxsin informasi yarı necə alması da son dərəcə maraqlıdır. Hıpnozçunun təsiri altında insan lal kar, kor ola bilər, qəribə hərəkətlər edər. Bu yalnız hipnoz altına düşmüş birisinin başına gəlir və o ayılanda bütün bu olanlardan imtina edir.

İnsanlar hipnotik transdan sonra da müəyyən gözlənilməz hərəkətlər edə bilərlər. Məsələn, bir də görürsən hansısa bir kitabdan böyük böyük sitatlar gətirir və öz bacarığına özü də təəccüb qalır.

Bəs adamı özünün iradəsi olmadan hipnoz etmək mümkündürmü? Yox. Buna görə də həmin adam mütləq hipnozçu ilə həmrəy olmalıdır. Bəzən adamlar əslində bunu ürəkdən istəyirlər, amma hisslərini gizləyir, özlərini etiraz edirmiş kimi göstərirlər. Təbil ki, bu vəziyyətdə qıraqdan baxanlara da elə gələcək ki, hipnaz pasientin iradəsinə zidd olaraq bas verir.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
0 cavab
0 səs
0 cavab
0 səs
0 cavab
soruşub 08 İyulda anonim
...