+1 səs
44 baxış
Heyvanlar, Bitkilər bölməsində

Heyvanlar ağlayıb gülə bilirmi?

1 cavab var:

+1 səs
 
Əgər evdə it, yaxud pişik saxlayırsınızsa, yəqin ki, ona möhkəm bağlanırsınız və bəzən hətta sizə elə gəlir ki, guya o da elə adam kimi bir canlıdır. Sanki o da öz emosiyalarını insan kimi ifadə eda bilir, gülür, ağlayır.

Amma əslində, bu heç də belə deyil. Ağlamaq, gülmək yalnız insana xasdır, başqa heç bir canlı bunu bacarmır. Təbii ki, heyvan ağrı hiss edəndə nıqqıldaya, zingildəyə bilər, amma gözündən heç vaxt yaş gəlməz.

Amma bu heç də o demək deyil ki, onların gözündə maye-zad yoxdur. Sadəcə olaraq, onlardakı maye yalrız gözün buynuz qişasını qorumaq üçündür. Ağlamaq üçün düşünməyi bacarmaq, emosional cəhətdən həssas olmaq lazımdır. Ağlamağı hətta uşaqlar da bacarır, amma bu anadan olan kim: baş vermir. Anadan təzə olan uşaq ağlamır, yalnız çığırıb səs-küy salır.

Ağlamaq müəyyən mənada danışığı əvəz edir. Biz içimizdən keçənləri dilimizə gətirə bilməyəndə, bunu goz yaşlarıyla ifadə edirik. Bu, bizdən asılı olmayan bir refleksdir və içimizdəki üzücü hisslərdən can qurtarmağa kömək edir.

Gülüş də insana xas olar bir fenomendir. Bəzən adama elə gələ bilər ki, müxtəlif heyvanlar da gülür, amma bizim heyvanlarda gülüşə bənzətdiyimiz əslində, tamam başqa şeydir və insana xas olan gülüşə heç dəxli yoxdur.

Biz hansısa zarafata ona görə gülürük ki, o, bizə gülməli gəlir. Gülüşün və onu doğuran səbəblərin çox növü var: sizə qəribə gələn vəziyyətlər (məsələn, əlində xırdaca çətir olan nəhəng cüssəli, kök kışi), gülməli hərəkətlər, sözlər, yumor, zarafatlar və sairə. Biz bütün bunlardan başqa, hələ nifrətlə də gülə bilirik.

Proxoloqlar elə hesab edir ki, guluş sosial bir fenomendir. Biz nəyisə gülməli sayıb ona gülən adamların arasında olanda da gülürük. Heyvanlar isə bu səbəblərin heç birindən gülə bilmir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...