+1 səs
27 baxış
Heyvanlar, Bitkilər bölməsində

Heyvanlar dadı hiss edirmi?

1 cavab var:

+1 səs
 
Bizim dad bilməyimiz böyük zövq mənbəyidir. O, bizə imkan verir ki, yeməkdən ləzzət alaq. Lakin bu qabiliyyət bizə yalnız zövq almaq üçün yox, həm də özünümüdafiə üçün verilib. O, bizi orqanizmimiz üçün təhlükəli ola biləcək qidam qəbul etməkdən çəkindirir.

Dad hissinin təbiəti nədir? Bu, əslində molekulların toqquşmasını hiss etmək imkarıdır. Bu hərəkətli hissəciklər dadbilmə sinirini qıcıqlandırır və biz bu, yaxud başqa dad kimi qəbul olunan siqnal alırıq. Amma nəzərə almaq lazımdır ki, molekullar yalnız maye şəklində olan qidalarda nisbətən sərbəst hərəkət edə bilir deyə, biz dadı duyurüq. Məsələn, bir şüşə parçasının bizim üçün heç bir dadı yoxdur Molekullar daha sürətlə hərəkətə gətirən nə varsa, bizim dadbilmə hissimizi gücləndirir. Ona görə də biz isti yeməklərdə daha çox dad hiss edirik.

Dada həssas sinirlər bir növ tumurcuğa bənzəyir. Bizə dadı hiss etdirən də məhz onlardır.

Bu tumurcuğabənzər xırda orqanlar adamlarda, və bəzi heyvanlarda dilin üzərində yerləşir. Yeri gəlmişkən soyləyək ki, insanın dadbilmə qabiliyyəti ortababdır. Onun yalnız 3 min dadbilmə tumurcuğu var. Birdəfəyə xeyli xırda balığı çeynəmədən udan balinada isə onun bircə dənəsi belə yoxdur.

Nə qədər qəribə olsa da, donuz dadbil mədə insandan həssasdır: onun 5500 dadbilmə orqanı var. İnəklərdə bu rəqəm 35 000, antiloplarda 50 000-dir) Odur ki, heyvanlar nəmki dad bilir, hətta onların əksəriyyəti bu baxımdan insandan çoxçox üstündür.

Bir çox dəniz heyvanlarının həmin bu tumurcuqları çox vaxt dərisində olur. Məsələn, balıqlar dadı bədənləriylə duyurlar. Lakin milçək, kəpənək kimi məxluqlar qidanın dadına pəncələriylə baxırlar.

İlanlar, kərtənkələlər bu məqsədlə dillərindən istifadə edirlər. Onlar dillərini sürətlə ağızlarmdan çölə çıxarır, onunla qidarım xırdaca zərrəciklərini tuturlar. Bu zərrəciklər elə dil vasitəsiylə ağızın yuxarı hissəsindəki xüsusi orqana çatdırılır və o yemin həm dadını, həm də iyini duyur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...