+1 səs
598 baxış
Heyvanlar, Bitkilər bölməsində

Heyvanlar rəngi seçə bilirmi?

1 cavab var:

+1 səs
 
Bir ətrafınıza nəzər salın — hara baxsanız, al-əlvan gözəllik görəcəksiniz və adam heç təsəvvuniünə də gətirə bilmir ki, kimsə bühin bunları tamam başqa cür görə bilər. Yaxşı, bəs insan heyvanların rəngləri seçib-seçməməsini necə aydınlaşdırır, axı onların bunu söyləmək üçün dili də yoxdur.

Alimlər bu sualin cavabını öyrənmək üçün çoxlu təcrubələr aparıblar. Yüzlərlə belə təcrübənin obyekti arılar olub, çünki bu, həqiqətən, maraqlıdır - arılar müəyyən çiçəkləri rənginə görə tapmırsa, onda bəs necə tanıya bilir? Belə bir təcrübə keçiriblər: mavi bir lövhə üzərinə bir qədər şirə töküblər, qırmızı lövhəni isə boş saxlayıblar. Arılar mavi lövhəyə tərəf uçublar. Sonra da şirəni qırmızı lövhərin üzərinə töküb mavısini boş saxlayıblar. Başqa arılar isə yenə mavi lövhərin başına yığışıb. Bu yolla sübuta yetirilib ki, anlar rəngləri seçə bilir...

Bundan az sonra arıların rəngləri qavramasında iki qəribə xüsusiyyət aşkarlandı. Əvvəla, onlar qırmızı rəngi seçə bilmir, onu tünd boz, yaxud qara kimi görürlər. İkincisi, insan üçün qararılıq görünən ultrabənövşəyi şüaları, onlar rəng kimı qavrayrrlar.

Quşların erkəkləri çox vaxt alabəzək olur. Bəs dişilər necə, bu rəngi seçə bilirmi? Toyuqlar üzərində aparılan təcrübədə bəlli olub ki, onlar goyqurşağının bütün rənglərini seçirlər Amma maraqlı məqam bundadır ki, insanların dostu olan it, rəngləri heç seçə bilmir. Uzun zaman belə güman ediblər ki, it, rəngləri seçməkdə, qoxulan, səsləri, ölçüləri və sairəni bir birindən ayırmaqda ustadır. Lakin əsl it pərəstişkarları həqiqəti biləndən sonra da, bu gözəl heyvana qarşı bədgüman olma dılar, çünki onun həssaslığı bu qüsurunu tam əvəz edir. Yeri gəlmişkən, pişiklər də rəng tarumır.

Meymiumların çox yaxşı rəng seçə bilmək qabilyyəti var, başqa məməlilərin çoxu, o cümlədən öküz də rəngi tanımır.

Bunun səbəbi odur ki, bu heyvanların çoxu gecələr, rəngləri seçə bilmək əhəmiy yətsiz olanda ova çıxır. Üstəlik, onların elə özləri də daha çox tutqun, boz bulanıq rənglərdə olurlar deyə, rəngin onların həyatında elə bir əhəmiyyəh yoxdur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
...