0 səs
33 baxış
Heyvanlar, Bitkilər bölməsində

Ən çox yaşayan hansı heyvandır?

1 cavab var:

0 səs
Uzun ömürlü heyvanlar haqda çoxlu əfsanələr var. Lakin onların əksəriyyəti reallıqdan uzaq, həddindən artıq şişirdilmişdir. Gəlin, bu sahədə olan bir neçə real rekorddan danışaq.

Məməlilər arasında, adətən fili ən üzünömürlü heyvan sayrrlar. Fillər arasında bəzi fərdlərin 150 200 il yaşadığını söyləyirlər, amma bunu hələ isbat edən olmayıb. Çox mümkün ki, hansısa fil, həqiqətən, yüz il yaşayıb, lakin bu sahədə qeyd olunmuş real rekord 60 ildən azacıq artıqdır.

At uzunömürlülük baxımından birinciliyi fillə bölüşür. 50 ildən artıq yaşayan atlar haqda çoxlu məlumat var. Artıq şübhə altıra almaq mümkün olmayan digər faktlar isə belədir: begemot 41 il, kərgədan 40 il, ayı 34 il, meymunlar 20 ildən artıq, pişiklər 23 il, itlər 2241, Bu məlumatlar ayrı ayrı heyvanlara aiddir və bu sahədə orta göstəricini müəyyər etmək mümkün olmayıb.

Quşlar arasında isə vəziyyət belədir: orada da bəziləri israr edir ki, tutuquşular və qartallar 100 ildən artıq yaşayır, bizdə deyirlər ki, qarga 300 il yaşayır, amma bu da kimsə tərəfindən sübuta yetirilməyib. O ki, qaldı yoxlanmış faktlara, quşlar arasında ən üzünömürifləri bunlardır: kondor 52 il, tutuquşu 54 il, qartal 55 il, ağ qutan 51 il. Xırda quşlar arasında: sığırçın 17 il, sarıköynək 22 il, ingilis sərçəsi 23il, kardinal quşu 30 il yaşayır.

Müxtəlif balıqlar haqda da dillərdə cürbəcür əfsanələr dolaşır. Karp üzünömürlü sayılır, amma bəllidir ki, onların ən uzünömürlüsü 25 il yaşayıb. Bizim xanı balığı ilə qohum olan dişli balıqlar barədə

mötəbər məlumata əsasən, onların biri İngiltərədəki bir göldə 60 ildən artıq yaşayıb. Amerikada isə bir ilanbalığının sinni 50-yə çatıb.

Vənəhayət, çempionluq tihuhunun kimə nəsib olduğunu söyləmək vaxh çatdı. Bu, tisbağadır. “Mavritaniya hsbağası” kimi tanınan bir tısbağa 152 yaşınadək yaşayıb və bioloqların ehtimalına görə 200 yaşına kimi sağ qalacağı toxmin edilir. Və daha bir şübhəsiz fakt: Birləşmiş Ştatlardakı “kral tısbağası” 123 yaşına kimi yaşaya bilər.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
2 cavab
soruşub 30 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
0 cavab
soruşub 09 Mayda anonim İnternet, Kompüter bölməsində
...