+1 səs
113 baxış

Heyvanlar niyə qış yuxusuna gedir?

1 cavab var:

0 səs
Gəlin, qış yuxusuna gedən heyvanlardan danışaq. Dələlərdən fərqli olaraq, onların heç biri özü üçün qışa azuqə toplarmr. Belə hey vanlar daha çox otyeyən olurlar və qışın gəlişi ilə yaşıllıq tükənir deyə, qida da ərşə çəkilir, yatmaqdan başqa çarə qalmır. Lakin heyvanlar ilin isti mövsümlərində öz bədənlərində piy yığırlar. Odur ki, uzun müddət özlərinə yem tapa bilməyəndə, yuvalarına çəkilib yuxuya gedirlər. Beləcə, bütün qışı yuxuda keçirir, yalnız topla dıqları piyin hesabına dolanırlar.

Ayı kimi bir çox məməlilər, əslində qış yuxusuna getmirlər. Sadəcə, onlar qış aylarında yayda olduğundan daha artıq yatırlar, amma bu heç də qış yuxusuna xas olan dərin yuxu deyil. İliq, günəşli günlərdə ayı, dələ, burunduk yuxudan oyanır, çölə çıxır.

Əsl qış yuxusu isə ölümə bənzər bir şevdir və adi yuxuya heç oxşamır. Heyvanlar qış yuxusunda olanda, onların həyat aktivliyi sıfıra düşür. Bədənin temperaturu elə enir ki, heyvanın hərarəti ətrafdakı havadan azadıq isti olur.

Elə buna görə də heyvanlar bədənlərində topladıqları eneriidən çox az istifadə edirlər. Yanacaqdan az istifadə etdiklərin dən, oksigenə ehtiyacları da az olur və nəticədə onların tənəffüsü zəifləyir, ürəkləri zorla vurur. Yuvada temperatur çox aşağı düşərsə, qış yuxusuna getmiş heyvan oyanır, özünü torpağın içində bir az da dərinə basdırıb təkrar yuxuya gedir.

Bahar gələndə isə heyvanlar tempera bürün, rütubətin dəyişməsindən və aclıq hissirrdən oyanırlar. Bax onda yuvalarını tərk edib çölə çıxırlar.

Bəs siz soyuqqarılı heyvanların çoxunun qış yuxusuna getdiyinu bilirsiniz? Soxulcanlar torpağın dormuş üst qatlarından aşağıda gizlənirlər, qurbağalar su hövzələrinin lilli dibinə sığımırlar, ilanlar qayaların çatlarına, yaxud torpaq yuvalara doluşur, bəzi balıqlar suyun dibində yatırlar. Həşəratlar isə torpaqdakı ağacların, daşların altında gizlənirlər.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 08 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...