+1 səs
41 baxış

İnək niyə gövşəyir?

1 cavab var:

+1 səs
 
Min illər qabaq elə heyvanlar var idi ki, özlərini güclü və qaniçən düşmənlərindən qoruya bilmirdilər. Onlar nə sürətlə qaçır, nə də iti caynaqlara, güclü dişlərə malik olurdular. Get gedə, təkamül prosesində bu heyvanların özünəməxəsus yemək tərzi formalaşdı. Onlar məcbur idilər ki, yemi ləngimədən, cəld qapıb udaraq qaçıb getsinlər. Sonra, artıq tam təhlükəsiz bir güşədə, sakit vəziyyətdə bavaqdan mədəyə tələsik doldurduqları yemi ləzzətlə çeynəmək olardı...

Gövşəyən heyvanlar bu gün gördü yümüz vəziyyətə təkamül nəüicəsində düşüblər. Onların elə adı da bu xüsusiyyət lərindən götürülüb. Diqqət edin ki, insan üçün faydalı olan heyvanların çoxu gövşəyəndir — inək, qoyun, keçi, dəvə, maral, ləma, antilop...

Bəs gövşəyən heyvanlara gövşəmək imkanı verən nədir? Belə heyvanların 5 hissədən ibarət xüsusi həzm sistemi olur. Birincisi mədənin “işkəmbə” deyilən ilk qismidir ki, orada bakteriyaların təsiri altında qıcqırma prosesi başlanır. Sonra qida “tor” deyilən ikinci hissəyə düşür və burada ondan təkrar çeynəmək üçün rahat olan kürəşəkilli paylar əmələ gəlir.

Bu kürəciklər təkrar ağıza qayıdır, haradasa oturub dincələn heyvan onları tələsmədən çeynəyir. Nəhayət, həmin kürəciklər təzədən udulur və heyvanın üçüncü mədəsinə “kitabçaya” düşür. Bu radan isə qida “qursağə” yollanır yemdəki qidalı maddələrin mənimsənilməsi prosesi də orada baş verir. Dəvələrdə digər göv şəyən heyvanlardan fərqli olaraq, mədənirı son bölməsi yoxdur.

İnəklərin üst dişləri olmur. Əvəzində, onların damağı sərt örtük kimidir. İnək otlayanda otu başının yanakı hərəkətiylə, alt dişlərinin köməyiylə qırır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Gözəllik, Geyim bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...