+1 səs
49 baxış
Heyvanlar, Bitkilər bölməsində

İnək niyə süd verir?

1 cavab var:

+1 səs
Qədim zamanlardan adamlar süddən ərzaq kimi istifadə edirdilər deyə, bu məqsədlə xüsüsi cins heyvanlar yetişdirməyə başladılar. Biz, əsasən inək südü içirik, İspariyada isə qoyun südünə daha çox üstünlük verirlər.

Səhralarda yaşavan bir çox qəbilələr dəvə südündən, Misirdə camış südündən, Penuda lama südündən istifadə olunur, bir çox ölkələrdə isə keçi südü daha qiymətli sayılır.

Süd məməli heyvarlların yenicə anadan olmuş balalarını yemləmək üçün onların süd vəzilərində yaranan mayedir. Süd mahiyyətcə, körpə dünyaya gələnədək, hələ ana bətnində olarkən qidalandığı ana qarını tam əvəz eda bilir. Həqiqətən də, öz tərkibinə görə süd qana çox bənzəyir — fərq yalnız süddə piqment və qan hüceyrələrinin olmamasındadır.

Südverən heyvarırı növündən asılı olaraq, məhsulun keyfiyyəli də çox fərqlənir. Lakin onun tərkibində, növündən asılı olmayaraq, həmişə piylər, protein, karbohidrat və mineral maddələr var. Keçi südü tərkibindəki yağa görə inək südündən iki, maral südü isə, hətta beş dəfə dəyərlidir.

Süddə körpə orqanizmi üçün zəruri olan bütün duzlar var. Körpənin inkişafı nə qədər sürətli olsa, anasının südündə də bu duzların miqdarı artır. İnəyin balası öz çəkisini 47 gün ərzində iki dəfə artırır, adam balası isə, bu göstəriciyə 180 gün ərzində çatır. Bax elə buna görə də inək südü protein və duzlarla bu qədər zəngindir və onu körpə uşağa verərkən mütləq su ilə qarışdırmaq lazımdır.

Amma eyni növdən olan heyvanların da südü bir-birindən fərqlənir. Bu təbii ki, cinsdən və fərdi bədən quruluşundan da asılıdır. İkincisi, südün keyfiyyəti iki sağım arasındakı vaxtla da əlaqədardır. Hər sağımda südün sonu daha yağlı olur. Beləliklə, əgər məyi tam sağmasalar, növbəti sağımda südü daha yağlı olacaq.

Yaşıl bitkilər inək qidasının əsas hissəsini təşkil etdiyi üçün yayda sağılan süd qışda sağılana nisbətən daha keyfiyyətli olur, çünki qış aylarında heyvan otlaqlara çıxa bilmir. Südün hər litrndə 110 qram bərk qida maddələri var. Bu, yağdan, kofeindən, süd şəkərindən və mineral maddələrdən ibarətdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 07 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
0 səs
1 cavab
soruşub 21 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...