+1 səs
26 baxış

İtlər nə vaxt əhliləşdirilib?

1 cavab var:

+1 səs
 
Yüz min illərlə əvvəl keçilməz meşəliklərlə örtülü yerlərdə nəhəng mamontlar gəzirdi. Adamlar o zaman mağaralarda yaşayır, vəhşi heyvanların dərisindən paltar düzəl dib geyirdilər. Məhz elə o zamanlardan bəri itlər adamların dostuna çevrildi.

Amma bu birdən birə baş vermədi. Əvvəlcə, it hər yerdə ov zamam insanın dalma düşüb onu müşaviət etməyə başladı, övün qalıqlarıyla qamını döyürdü. Sonra adam onun üçün həm evdə, həm ovda bir başçıya çevrildi, çünki itlərdə hələ sürü instinkti çox güclü idi. Bütün bunlar ilk salnamələr yazılandan xeyli qabaqlar baş vermişdi. Ona görə də biz bunun nə vaxt baş verdiyi barədə fikir yürüdəndə, yalnız daş dövrü mağaralarından tapılar it sümüklərini əsas götürürük.

İtlərin əhliləşmə tarixi isə bundan da qədimlərə gedib çıxır deyə, bu tarixi dəqiq izləmək mümkün deyil. Bir çox alimlər elə hesab edir ki, it canavarla çaqqalın calağından yaranıb. Başqalar israr edir ki, onlar canavarlardan əmələ gəlib, üşüricülər itin çaqqallardan, koyotlardan, hətta tülkülərdən yarandığırı söyləyir. Lakin ən geniş yayılan nəzəriyyəyə görə müasir itlər və canavarlar eyni əcdaddan törəyib.

Bu nəzəriyyə cürbəcür it cinslərinin ölçülərindəki, görkəmlərindəki, davranışlanndakı fərqi izah edir. İtin yatmağa hazırlaşanda yerində üç dövrə vurması yerim rahatlamaq üçün əsrlərin dərinli yindən gələn bir adətidir: axı qədim za manlarda itlər cəngəlliklərdə yarpaqlardan düzəltdiyi sığınacaqlarda yatır, yatmamışdan yerlərini rahatlayırdılar. İtlərin vəhşi mənşəvinə dəlalət edən daha bir cəhət, onların sürətli hərəkət və mübarizə üçün uyğunlaşmış bədən quruluşudur. Bütün bunlar itin hissiyyat və əla səsbilmə qabiliyyəti ilə birlikdə, vəhşi bir ovçuluq üçün vacıb keyfiyyətləridir.

Zaman keçdikcə, bəşər tarixi salnamələrdə əks olunmağa başladı və orada itlər də xatırlandı. Misir sərdabələrində yaşı 5000 ildən artıq olan it təsvirləri var. Misirlilər iti müqəddəs sayırdılar və heyvan öləndə, bütün ailə yas saxlayırdı.

Odur ki, itlər hələ qədim zamanlardan yer üzündə insanların sevimlisi olub.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
+3 səs
2 cavab
soruşub 03 Martda anonim İnternet, Kompüter bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim İnternet, Kompüter bölməsində
...