+1 səs
46 baxış
Heyvanlar, Bitkilər bölməsində

Pişik nə vaxt əhliləşdi?

1 cavab var:

+1 səs
 
Pişiklər çox qədim heyvanlardır. Arxeoloqlar milyonlarla yaşı olan pişik qalıqları tapıblar.

Bizə yaxşı tanış olan ev pişikləri vəhşi pişiklərdən əmələ gəlib, amma onların konkret hansı növdən yarandığını söyləmək çətindir, çünki bu çox-çox qədim zaman larda olub. Ola bilsin ki, pişiklərin bütün cinsləri öz başlanğıcını Avropa, Şimali Afri ka və Asiyada olan iki-üç növ xırda pişik dən, min illər qabaq götürüb.

Belə hesab edilir ki, ilk pişiklər 5000 il əvvəl əhliləşdirilib. Bizə bəllidir ki, artıq 4000 il qabaq misirlilərin əhliləşmiş pişikləri vardı. İnsanlar onlara səcdə edir, bəzi ilahilər pişikbaş adamlar şəklində tosvir olunurdu. Məbədlərdəki pişiklərə, hətta qurbanlar da verilirdi.

Ev pişiyi öləndə, misirli ailəsi və onların bütün nökər-qulluqçuları qaşlarını qırxıb yas libası geyirdilər. Məbəd pişiyinin ölümü

isə bütöv bir şəhəri yasa qərq edə bilərdi. Onu da qeyd edək ki, arxeoloqlar qazınblar nəticəsində çoxlu pişik mumuyalan aşkar ediblər. Qəribə burandır ki, bu heyvanları eynən fironlar, əyan əşrəf kimi mumiya layırdılar. Pişik öldürmək üstündə insanlara yalnız ölüm cəzası verilirdi.

Avropada bizim eranın mininci ilinə kimi, görünür, ev pişiyi olmayıb. Çox qədim zamanlarda avropalılar bu heyvan lara misirlilərdən fərqli münasibət bəsləyirdilər. Belə hesab edilirdi ki, pişiklərdə şər qüvvələrin ruhu yaşayır. İblisi bəzən qara pişik cildində təsvir edirdilər və belə bir inanc vardı ki, cadugərlər də axırda pişiyə çevrilir...

Pişiklərin müxtəlif cinsləri, lap elə ayrıayrı fərdləri də bir birindən elə itlər qodər fərqlənirlər. Ən məşhur pişik cinsləri, anqor, fars, siam pişikləri sayılır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 21 Apreldə anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
2 cavab
soruşub 03 Martda anonim İnternet, Kompüter bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
...