+1 səs
31 baxış
Heyvanlar, Bitkilər bölməsində

Pişik qaranlıqda görə bilirmi?

1 cavab var:

+1 səs
 
Sizin evinizdə də pişik var. Ailənizin bu sevimlisini əllərmizə alırsınız, onunla oynayır, əylənirsi niz, onu az qala ailənin bir üzvü sayırsınız. Ammapişik yer üzündə ən qəribə məxluq lardan biridir. İnsan tərəfindən min illər qabaq əhliləşdiyinə və onlarla birgə yaşadığına baxmayaraq, ona qarşı cəmi bircə addım atmaq bəs edər ki, acdadları kimi yenə cəngəllivə qayıtsın.

Pişik şirin, pələng və bəbirin yaxın qohumudur və özünü eynən onlar kimi aparır. Məsələn, pişik də öz qurbanının intizarında sakitcə uzarıb gözləyir, sonra qəfildən: onun belinə sıçrayıb, düşmənini lap şir kimi öldürür. Pişik üçün ikimetrlik sıçrayış boş bir şeydir" Onun pəncələrində yumşaq balışlar var. Bu balışlar heyvana imkan verir ki, öz qurbanına tamam səssiz yaxınlaşsın, Onun pəncələrində isə 18 caynaq gizlənir — istəyəndə, onları çıxarıb istifadə edir, istəyəndə, geri çəkir.

Bəs pişiyə qaranlıqda görmək imkanı verən nədir? Onun gözləri müxtəlif parlaqlıqda işığa uyğunlaşa bilir. Güclü işıqda pişiyin bəbəkləri dar çata bənzəyir. Qararlıqda isə açılıb bütün gözünü tutur. Amma bu o demək deyil ki, pişik tam qaranlıqda görə bilir. Sadəcə olaraq, ona görmək üçün başqa heyvanlara lazım olan dan daha az işıq gərəkdir. Pişiyin gözləri qabarıqdır. Bu da ona daha geniş sahənin işıq şüalarını toplamaq imkaruı verir. Onun gözləri bütiin bu şüaları özündə əks etdirəndə, adama elə gəlir ki, Pişiyin gözü işıq saçır.

Pişiklər 13 20 il yaşayırlar, amma ömürlərinin orta uzunluğu 14 ildir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 21 Apreldə anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...