0 səs
40 baxış
Heyvanlar, Bitkilər bölməsində

At hansı heyvandan törəyib?

1 cavab var:

0 səs
İndi yer üzündə yaşayan bir çox hey vanlar özlərindən xeyli iri olan qədim heyvanlardan törəyib. At isə əksinə.

An ilk bəlli əcdadı pişik boyda olub. Onun qabaq ayağında 4, arxa ayaqlarında 3 barmağı vardı. Adı “Eohippus”, yəni “alçaqboy at” idi. Atın bu əcdadının qalıqlarını planetimizin çox yerlərində tapıblar.

Daha sonrakı atlar onlara nisbətən iri olub. Yerə onların yalnız bir barmağı toxunurdu, amma o barmağın hər iki tərəfində bir dənə də qısa barmaq vardı. Sonrakı inkişaf mərhələsində həmin o bir barmağın güclənməsi atın daha bərk qaçmasma şərait yaratdı. Onun sağ qalması da qaça bilməsindən asılı idi - düşmənin əlindən qurtulması üçün mütləq sürətlə qaçmalı idi, Müasir atın dırnağı, həqiqətən də, həmin o tək barmaq üzərində uzanan dir naqdır.

Çox qədim zamanlarda atlar Asiyada, Şimali Afrikada, Avropa və Şimali Amerikada yaşayırdılar. Alın Amerikada yaşayan növü isə neçə min illər qabaq məhv olub yoxa çıxmışdı. Müasir atları ora Avropadan isparllar gətirmişdi.

Çox güman ki, at Kiçik Asiyanın və Aralıq dənizi hövzəsinin inkişaf etmiş ölkələrinə şərqdən gəlib. Eramızdan əvvəl təxminən 3000 ci ildə o Babildə, sonra haradasa miladdan qabaq 1675 ci ildə Misirdə görürdü. Afları ilk dəfə çox güman ki, Mərkəzi Asiyanın köçəri tayfaları əhliləşdiriblər.

Çox qədim zamanlarda at ətindən qida kimi istifadə edirdilər, amma sonra onları əhliləşdirib minik kimi istifadə etmək adamların ağlına gəldi. Ən qədim at şəkilləri və fiqurlan mağara adamları tərəfindən təxminən, 15 000 il qabaq düzəldilib. Bu şəkillərdə təsvir olunan atlar müasir monqol ponilərinə çox bənzəyirlər.

Fakhki olaraq, Monqolustan və Çin Türküstanında vəhşi atların dövrümüzə kimi gəlib çıxan nümayəndələrini indi də görmək olar. Bu ata “Pryevalski atı” deyirlər. Məsələ bundadır ki, onları ilk dəfə Pryevalski soyadlı bir rus səyyahı 1870-ci ildə tapıb. Belə hesab olunur ki, Prievalski ah müasir atların birbaşa əcdadıdır.

Azərbaycanda da iki məşhur at cinsi yetişdirilib: Qazax bölgəsində Dilboz, Qarabağda məşhur Qarabağ atları.

Bəstəboy, həlim və mehriban heyvan olan Qarabağ atlarının özəl qızılı rəngi var, Bu atlar öz həlim təbiətlərinə görə qadınlara, uşaqlara atçapma vərdişlərinin aşılanması üçün çox əlverişlidir. Məhz buna görə də Avropanın kral ailələri özəl ilxılarında mütləq bir neçə Qarabağ atı saxlayırdılar.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
2 cavab
soruşub 30 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...