0 səs
24 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə şirə heyvanlar şahı deyirlər?

1 cavab var:

0 səs
Şir həmişə güc, qüdrət rəmzi sayılıb. Biz tez tez “şir kimi güclü”, “yaxud filankəs şir ürəyi yeyib” ifadələrini işlədirik. Bütün dünyanın kral, şah, sultan saraylarında şir təsvirini hakimiyyət rəmzi kimi qalxanların, bayraqların üzərinə çəkirdilər.

Mümkündür ki, bu şirin bütün hey vanlara qələbə çalmaq gücündə olduğun dan deyil, adamların canına qorxu saldığın dan irəli gəlirdi.

Qədim misirlilər şiri müqəddəs heyvan sayırdılar və İsa Məsih aradan olan za manlarda şir Avropanın çox yerlərində yaşayırdı. Lakin təxminən 500-cü ilə qədər Avropa şirləri qırılıb qurtardı. İndi şirlərə yalnız Afrikada və Hindistanın bəzi nahiyələrində rast gəlmək olar.

Şir “pişikkimilər” ailəsinə aiddir. Yetkin heyvanın uzunluğu 3 metrə yaxı, çəkisi 180 225 kiloqram arasında olur. Erkəkləri dişilərindən iridir. Ovçular deyir ki, onlar ova çıxarkən hevvanın izlərindən erkək dişiliyini bilirlər. Erkəklərin qabaq pəncələri dişininkindən iri olur.

Şir nərildəyir. Başqa pişikkimilərdən fərqli olaraq, o mirildamır, ağaca nadir hallarda çıxır və sudan qorxmur.

Şirlər otlayan heyvanları ovlayırlar. Ona görə də bu yırtıcı, az-çox açıqlıq olan yerlərdə, lap seyrək meşə kənarlarında yaşayır. Gündə heç olmasa, bir dəfə su içməsi vacib olduğu üçün şirlər yaşayan yerin yaxırılığında mütləq su olmalıdır.

Şir gündüz yabır, gecələr ova çıxır. O tək də yaşaya bilər, cüt də, sayı dördlə on arasında olan kiçik dəstələr şəklində də. Şirlər, əsasən zebr, ceyran və antilop yeyir. Hərdən onlar zürafələrə də hücum edirlər, amma fillərlə, kərgədan və begemotlarla heç vaxt işləri olmur. Şir ac olmayanda, başqa heyvanlara heç fikir vermir.

Öv zamanı şir pusquda durur, ya da öz qurbanına sürünərək yaxınlaşır, sonra qəfildən sıçrayır. Bu sıçrayış zamanı o, saatda 64 kilometrədək sürət viğa bilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...