0 səs
28 baxış
Heyvanlar, Bitkilər bölməsində

Quşların niyə lələyi olur?

1 cavab var:

0 səs
Təkəmül haqqında elmi nəzəriyyə bunu belə izah edir: çox qədim zamanlarda quşlar reptiliyalar, yəni sürünənlər ailəsinə aid idilər. Lakin təkamül prosesində onlar bu xətdən yayınaraq uzaqlaşdılar və dərilərini örtən pullar lələklərə çevrildi, Məsələ bundadır ki, lələklər də başqa heyvanların dırnaqlarını, buynuzlarımı, quyruqları, pullarını yaradan maddədəndir.

Lələk, ucuna doğru nazikləşən mildən ibarətdir. Yuxan, daha nazik hissəsinə ox deyirlər, aşağı hissəsi isə gövdə adlanır. Gövdənin içi boşdur və buna görə böyümə zamanı qida maddələri lələyin ucuna da çatır.

Quş lələklərinin rəngi onları əmələ gətirən maddədəki piqmentlərdən asılıdır. Bəzi rənglər lələyin üzərindən əks olunan işığa görə əmələ gəlir. Quşların rəngi həm də yedikləri qida ilə bağlıdır. Məsələn, bəzi sariköynəklər sari əvəzinə parlaq narıncı lələklərə bürünürlər. Bu, yumurtadan çıxandan sonra körpələrə azacıq verilən qırmızı istiotla əlaqədardır.

Quşlar hər il öz lələklərini dəyişirlər. Bu zaman onların əksəriyyəti lələyinin müəyyən hissəsini tökür, əvəzinə tez bir zamanda veniləri çıxır.

İki cür lələk var. Bədənin quruluşunu formalaşdıran lələklərə “kontur lələkləri”, onların altındakı yumşaq lələklərə “tük” deyirlər. Quş yumurtadan çıxanda onun bütün bədəni tüklə örtülmüş olur. Tezliklə, onların yerini daimi lələklər tutur. Onlar da tüklər kimi eyni dəliklərdən çıxır.

Lələklərin quruluşu və ölçüləri quşun həyat tərzindən asılıdır. Məsələn, bayquşun lələkləri yumşaqdır. Bu ona imkan verir ki, tam səssiz uça bilsin. Digər tərəfdən çalağanın qısa, bədəninə möhkəm sıxılan tükləri havaya az müqavimət göstərdiyi üçün, quş böyük sürətlə uçur. Su quşlarının Tələklərinə bədəndən ifraz olunan yağlı maye hopur deyə, tükləri suda islanıb ağırlaşmır.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...