0 səs
25 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə erkək quşların rəngi alabəzək olur?

1 cavab var:

0 səs
Bunu başa düşmək üçün əvvəlcə bilməliyik ki, rəngbərəng olmaq quşların nəyinə gərəkdir.
Bu məraqlı məsələyə çoxları aydınlıq gətirmək istəyib, amma elm bu məsələni hələ də sonadək aydınlaşdırdığını güman etmir. Məsələni bir az da çətinləşdirən bəzi quşların lələklərinin alabəzək, digərlərinin isə boz bulanıq olmasıdır. Bəziləri ağacların arasında adamın gözünə girir, başqalarını isə zorla görə bilirsən.
Bizim bu vəziyyətdə edə biləcəyimiz yeganə şey quşların əksəriyyəti üçün keçərli olan bir neçə qanunauyğunluq tapmaqdır. Bunlardan biri ondan ibarətdir ki, lələkləri alabəzək olan quşlar vaxtının çoxunu ağacların başında, havada, yaxud suda keçirir. Rəngləri boza, qəhvəyiyə çalanlar isə yerdə, torpağın içində yaşayır.
Müəyyən istisnaları çıxsaq, başqa bir qanunauyğunluq da var: quşların yuxarı hissələrindəki lələklər aşağıdakılardan daha tünd rəngdə olur.
Bu faktlar elm aləmini məcbur etdi ki, lələklərin rənginin quşların öz düşmənlərin dən gizlənə bilməsində həlledici rol oynadığı barədə qənaətə gəlsin. Buna “müdafiə rəngi” deyirlər. Məsələn, cüllütün rəngi ona inkan verir ki, yaşadığı bataqlığın otları arasında görünməz olsun. Meşə cüllütlərinin rəngi isə xəzələ yaman bənzəyir.
Əgər quşları rəngləri müdafiə edirsə, bəs onda müdafiəyə ən çox ehtiyacı olan hansıdır erkək, yoxsa dişi? Əlbəttə ki, dişi quşların müdafiəyə daha çox ehtiyacı olur, çünki bala çıxarmaq üçün yumurta ların üstündə dişi quş oturur. Bunun üçün də təbiət ona gözəgirən rənglər verməyib ki, düşmənlərindən daha yaxşı qorursun.
Erkək quşların parlaq rənglərdə olmasının daha bir səbəbi isə budur ki, cütləşmə mövsümündə dişi quşların diqqətini cəlb edə bilsinlər. Məhz o zaman erkək quşların rəngi lap parlaq və gözəl olur. Bu isə ilk baxışdan bir könüldənmin könülə asiqliklə nəticələnir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...