0 səs
34 baxış
Heyvanlar, Bitkilər bölməsində

Quşlar niyə oxuyur?

1 cavab var:

0 səs
Quşların oxuması təbiətdəki ən gözəl səslərdəndir. Hərdən şəhər kənarına çıxanda quşlarını cəh-cəhini eşidirik və bizə elə gəlir ki, onlar bir biriylə söhbət edirlər.

Həqiqətən də, quşlar başqa heyvanlar kimi bir-biriylə bu yolla ünsiyyət saxlayırlar. Təbii ki, quşların da insanlar kimi heyranlıq, kədər, məmnuniyyətbildirən nidaları olur.

Toyuq, cücələrini yaxınlaşan təhlükədən səsiylə xəbərdar edir, cücələr qaçıb gizlənir. Sonra ana toyuq başqa bir siqnal verir, cücələr hərəsi bir yandan çıxıb omın ətrafına toplaşır. Vəhşi quşlar gecələr uçanda çığırışırlar. Bu səsləri onlara imkan verir ki, bir yerdə, dəstə şəklində qalsınlar, pərən pərən düşməsinlər.

Lakin quşların dili bizimkindən fərqlərir. Biz fikirlərimizi ifadə edən müəyyən sözlərdən istifadə edirik və bu sözləri öyrənənə kimi illər keçir. Quşlar isə öz dillərini öyrənmirlər. Bu onlarda anadan gəlmə istinktdir. Bir təcrübədə xoruzlar, cücəni toyuqlardan elə təcrid edirlər ki, səslərini də eşidə bilmir. Buna baxmayaraq, böyüyəndən sonra elə quş damında yaşamış həmcinsləri ilə eyni səsləri çıxarır.

Lakin bu heç də o demək deyil ki, quşlar oxumağı ümumiyyətlə öyrənmir. Əslində, bəzi quşlar başqalarının səsini təqlid etməyi öyrənir. Əgər sərçə saribülbüllərin arasına düşürsə, onlar kimi oxumağa səy göstərir. Əgər sarıbülbüllər əsl bülbüllərlə təmasda olursa, onlardan oxumaq öyrənir. Bəs, hutuquşu? Onun eşitdiyi səsləri ustalıqla təqlid etmək bacarığını bilməyən yoxdur. Odur ki, quşlarda oxumaq bacarığı anadangəlmə olsa da, burada müəyyən dərəcədə öyrənmək fakh da var.

Bəs quşların özlərinin şivəsi olduğunu necə, heç bilirsiniz? Sən demə, eyni növdən olan, amma dünyanın fərqli yerlərində yaşayan quşların oxuması fərqli olur. Bu ona dəlalət edir ki, quşların oxumasına anadangəlmə insfinktlə yanaşı, həyatları da təsir edir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...