0 səs
25 baxış
Heyvanlar, Bitkilər bölməsində

Quşlar evlərinin yolunu necə tapırlar?

1 cavab var:

0 səs
Təbiətdə ən qəribə və sirli şeylərdən biri bəzi canlıların yuvalarının yolunu ən uzaq yerlərdən belə tapa bilmələridir və quşlar bunu bacaran yeganə heyvan deyil. Arılar, balıqlar da uzun səyahətdən sonra doğma yerlərinə dönürlər.

Quşları evə dönməyə nəyin vadar et diyini aydınlaşdırmaq üçün çoxlu təcrübə keçiriblər. Belə təcrübələrin birində yeddi sərçəni evlərindən 650 kilometr məsafəyə apararaq uçurublar. Quşların beşi yuvasına qayıdıb.

Başqa bir təcrübədə isə dəniz quşlarının bir növünü sahildəki yuvasından Vene siyaya təyyarədə aparıblar. Quşları bu axanda onlar geriyə dönüblər. Əgər kəsə yolla götürsək, həmin quşlar qayıtmaq üçün 1500 kilometr uçmalı olublar.

Köçəri quşların qabiliyyəti isə bu unikal bacarığa daha bir gözəl nümunədir. Elə sərçələr var ki, hər il Cənubi Afrikadan İngiltərəyə dönürlər. Onlar bu ölkəyə hər yaz qayıtmaqla kifayətlənmir, məhz ötənilki yerlərində yuva qurmağa çalışırlar. Bəs heç bilirsiniz ki, həmin quşlar qayıtmaları üçün nə qədər yol qət edirlər? On min kilometr.

Amma nisbətən bu yaxınlarda bəlli olub ki, kəpənəklərin bəzi növləri də köçəridir. Onlar da evlərinin yolunu neçə kilometrlərlə məsafədən tapırlar. Tropiklərdə bəzən belə səhnənin şahidi olmaq mümkündür çox böyük kəpənək sürüsü eyni istiqamətdə uçur. Onlar min kilometrdən daha artıq məsafə qət edə bilər və növbəti mövsümdə yenə öz vətənlərinə dönə bilərlər.

Canhların bunu necə etdiklərini, evlərinə necə döndüklərini aydınlaşdırmaq üçün çox baş çatlatmışıq, amma yenə bir nəticə hasil edə bilməmişik. Bir çox quşların köçərkən nədən su hövzələrinin üzərindən üçüb keçməsinə görə biz deyə bilmərik ki, heyvanlar evlərinin yolunu verdəki hansısa əlamətlərə görə tapırlar. Buna sadəcə, “in stinkt” desək də, çətin ki, cavabımızdan razı qalaq. Şübhə yoxdur ki, quşların mövsümi köçməsinin səbəbi bala çıxarmaq və qida tapmaq üçün daha əlverişli yerlər axtarmaqdır. Amma bunu necə etdikləri, insan ücün hələ də bir sirr olaraq qalır.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...