0 səs
34 baxış
Heyvanlar, Bitkilər bölməsində

Uçan quşlardan hansı daha böyükdür?

1 cavab var:

0 səs
Yer üzündə yaşayan ən böyük quş ümumiyyətlə, uça bilmir.

Bu, Afrika dəvəquşusudur. Onun boyu 2,5 metrə, çəkisi 135 kiloqrama çatır.

Bu boyda quşun göyə qalxması çox agır bir iş olardı.

Uçan quşlardan qanadları ən iri olan albatros və kondordur. Yetkin quşların çəkisi 13 kiloqrama çatır.

Uçan quşların başında səyyah albatros gəlir. Onun qanadlarının uzunluğu 3,5 metrdən artıq olur. Kondorun qanadları isə 3,5 metrədəkdir. Onların dalınca kral keçəl kərkəsi gəlir. O, Cənubi Amerikada, Meksikada və Mərkəzi Amerikada yaşayır. Onunqanadları açıq vəziyyətdə 3 metrdir.

Ağ qutan böyüklüyünə görə növbəti quşdur (qanadları 2,5 metrdir), Kanadada və Amerikanın cənub ştatlarında yaşayır, qışda isə sahilin əks tərəfinə köc edir.

Böyük dovdaq qazabənzər quşlardandır, duma ilə qohumluğu var. O, Avropa, Asiya və Afrikada yaşayır, qanadlarının ölçüsü 2/5 metrdən artıqdır.

Onun dalınca keçəl və qızıl qartallar gəlir. Daha sonra sırada dumadır (qanadları 2 metrdir), qəhvəyi qutan və sar quşu da təxminən elə onun boydadır.

Müxtəlif quşların uçuş sürətləri də çox müxtəlifdir. Ən sürətli Hindistan uzunq anadlarıdır. Onlardan ikisinin sürətini öl çüblər. Quşlar 3,2 kilometr məsafəyə uçublar. Biri bu məsafəni 36, digəri 42 saniyəyə qət edib yəni saatda 274 və 320 kilometr sürətləl

Uzunqanadlardan sonra ən sürətlə uçan, yəqin ki, belibağlı quşudur. Məlumatlara əsasən, onlar saatda 264-288 kilometr sürətlə uça bilirləri Ev göyərçini saatda 96 kilometr, kolibri isə 80-88 kilometr sürətlə ucur.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...