0 səs
32 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə qazlar səflə uçur?

1 cavab var:

0 səs
Təsəvvür edin ki, göydən qəflətən “Qa-qa qa-qaf” səsi gəlir? Başınızı qaldıranda görürsünüz ki, cənuba uçan qazlardır, pazşəkilli səf qurub gedirlər.

Qaz dəstəsi saatda 80 kilometr sürətlə uçur. Onların niyə səflə uçması barədə biz yalnız mülahizə yürüdə bilərik, Siz, yəqin, fikir vermisiniz ki, göydə hərbi təyyarələr də elə buna bənzər, pazşəkilli səflə uçurlar ki, həm başqalarını, həm də dəstənin liderini görə bilsinlər. Qaz qatarının da öz başçısı var və bütün dəstə cənuba köçəndə yolu gözəl tamyan, həm gecə, həm gündüz səmti itirməyən ağıllı və yaşlı quşun dalmca üçür, Təyyarələr kimi onlara da pazşəkilli qatarla uçmaq rahatdır.

Qazın təxminən 40 a qədər növü var, Onların yalnız 10-12-si Birləşmiş Ştatlar ərazisində yaşayır və qazların hamısı Amerikanın qışda gələn qonaqlarıdır. Bu yerlərdə qazın vətəni Kanada sayrlır.

Buradakı qazlardan ən məşhurunun adı elə belədir: “Kanada qazı”. Miqrasiya vaxtı o bütün Şimali Amerika ərazisindən keçir. Bu qazların başı qara, boynu enli, ağ ləkəlidir və bu ləkə dimdik nahiyəsində genişlənir, bəzən hətta heyvanın hər iki yanağına keçir.

Kanada qazı adətən bütün ömrü boyu bir dişi ilə yaşayır. Ən sevimli qidası çeyirtkədir, amma digər həşərat və qurdları da yeyir. Əsas etibarıyla bitki ilə qidalanır: yabanı düyü, qamış kökləri və sairə, Yuvasını bütün qazlar kimi torpaqda qurur, yovarın dibini öz sinəsiylə hamarlayır.

Kanada qazı çox zərif əti olan ov quşu dur və son zamanlaradək onu intensiv şəkildə ovlayırdılar. Yetkin quş 5-6 kiloqrama çatır. Lakin hal hazırda bu quşları ovlamaq qadağan edilib.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
0 cavab
soruşub 17 Fevralda, 21 anonim
+1 səs
1 cavab
soruşub 26 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...