0 səs
57 baxış
Heyvanlar, Bitkilər bölməsində

Ördək niyə suda batmır? 

1 cavab var:

0 səs
Biz “ördək” deyəndə, əslində çox b müxtəlif quşları nəzərdə tuturuq: həyətimizdə saxladığımız tanış quşlardan tutmuş, onlarm göylərdə səyahət edən vəhşi qohumlarına kimi. Ördək fəsiləsinə qu quşları, qazlar, pazdimdik, yaxud balıqtutan ördəklər və sairə daxil dir.

Vəhşi ördəklərin əksəriyyəti şimalda yaşayır və cənuba, mülayim iqlimli yerlərə yalnız qışda köçür. Amma bu quşlar cənubda da qısa müddat qalırlar. Elə ki şimalda buzlar əriməyə başladı, onlar da doğma yerlərə su hövzələrinə, çaylara, bataqflıqlara, göllərin və dənizlərin sahillərinə dönür.

Ördəklər üçün donu təzəcə ərimiş buz kimi sularda üzmək adi şeydir.

Onların suyun üzündə qala bilməsini təmin edən odur ki, ördəyin bədəni suda islanmayan tüklərlə örtülüdür. Quyruğu nun ətrafındakı vəzilər ördəyin lələklərini yağlayan maye ifraz edir. Lələklərin alında isə narin tüklərdən ibarət qalın bir qat var.

Ördəyin hətta pərdəli pərcələri də onları soyuq qış aylarında qoruyur, çünki pəncələrdə nə qan damarlan, nə sinir var onlar soyuğu hiss etmir.

Ördəyin pəncələri bədəninin arxa hissəsindədir. Bu da quşa əla üzmək, quruda gəzərkən isə qəribə, yanlarını basabasa yerimək imkanı verir. Ördəklər sürətlə uçur, qısa keçidlərdə saatda 112 kilometrədək sürət yığa bilirləri

Bu quşlar yuvasını, əsasəri torpaqda, suyun qırağında qurur, İçinə yumşaq otlar döşəyir, onları sinəsiylə sığallayır. Dişi ördəklər kürt düşəndə yumurtalarını sinəsiylə qızdırır. Ördək birdəfəyə 6-14 arasında yumurtanın üstündə oturur.

Quşlar cütləşmə dövründən sonra tüklərini dəyişirlər. Qanadlarında təzə tüklər bitənədək onlar uça bilmir. Bu müddət ərzində düşmənlərinin diqqətini cəlb etməmək üçün özlərini çox sakit aparır, gözə görüriməməyə çalışırlar.

Bütün dünyada ördəyin 160 növü var və onlar Antarktidadan savayı, bütün qitələrdə yaşayırlar.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
0 səs
1 cavab
soruşub 11 Oktyabrda, 19 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 10 Fevralda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Terminlər, Sözlər bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...