0 səs
19 baxış

Niyə bayquşu müdrik sayırlar?

1 cavab var:

0 səs
Quşların mənşəyində, görkəmində, davranışında qəribə bir şey olanda onların ətrafında cürbəcür miflər, əfsanələr, inanclar forma laşır. Bayquşun həm xarici görkəmi, həm də elə davranışı çox qəribədir, bütün başqa quşlardan çox fərqlənir.

Elə ona görə də bu quşun ətrafında cürbəcür əfsanələr dolaşır. Siz bilirsiniz ki, qədim zamanlarda bayquşun bədbəxtlik gətirdiyinə əmin idilər? Romahlar bayquşa o qədər nifrət edirdilər ki, onu gündüz saatlarında şəhərdə tutanda yandırır, külünü Tibr çayına tökürdülər

Lakin İngiltərədə və başqa yerlərdə ona daha çox “müdrik qoca bayquş” deyirdilər. Bu, yəqin, daha çox onun şüuru ilə yox xarici görünüşü ilə əlaqədardır. Adama elə gəlir ki, onun iri, girdə gözləri ətrafa daim diqqətlə baxır. Əslində isə onun qəribə görünən gözləri gündüz işığına çox həssasdır. Özü də onlar elə yerləşir ki, bayquş baxışlarının səmtini dəyişmək üçün hər dəfə boynunu çevirməli olur. Bayquşların bəzi növləri dünyanın bütün yerlərində, hətta Antarktidada da yaşayır. Antarktida bayquşlarının tükü bəyaz qar kimı olur.

Bayquşlar ova yalnız gecələr çıxır — gecə vaxtı onların çox iti gözləri, həssas qulaqları olur. Gecələr bu quş özünün sevimli qidasının siçanların ən xirda hərəkətlərini belə görə bilir. Bayquş ovunu caynaqlarıyla, tələ kimi tutur. Quş siçanla yanaşı, dələ, dovşan kimi xırda heyvanları da ovlayır.

Kənardan yöndəmsiz, ləng görünən bayquşun çox sürətli uçuşu var. Onun lələkləri çox yüngül, tükləri yumşaqdır. Elə buna görə də ornun uçüşü çox səssizdir. Tüklərinin yumşaqlığı isə onu, əslində olduğundan iri göstərir. Bayquş yeganə quşdur ki, başı heç quş başına bənzəmir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 23 Apreldə, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+1 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Gözəllik, Geyim bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
+1 səs
1 cavab
soruşub 14 Dekabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
...