0 səs
24 baxış
Heyvanlar, Bitkilər bölməsində

Kolibri havadan asıla bilərmi?

1 cavab var:

0 səs
Siz nə vaxtsa kolibrmin bir çiçəyin üzərində neçə dəqiqə, havadan nə cür asılı qaldığını görmüsünüz?

Onu saxlayan heç nə yoxdur, havadan asılı qalır, iynə kimi dimdiyini çiçəyin içinə dəfələrlə salıb-çıxarır.

Bu xırda quş, qanadlarını o qədər sürətlə tərpədə bilir ki, havadan asıl qahr. Onun xırda qanadlarının hərəkətini seçmək də mümkün deyil gördüyümüz, qəribə bir sayrışma olur.

Kolibrinin uçuşu başqa quşlarınkı kimi deyil. O, öz qanadlarını saniyədə 55 dəfə çalırl Bunun nə demək olduğunu təsəvvür etmək üçün barmağınızı sürətlə tərpədin. Nə qədər əlləşsəniz, saniyədə 4-5 dəfədarı çox hərəkət etdirə bilməyəcəksiniz.

Kolibrinin bu qəribə sürəti ona qarını doyurmaq üçün lazımdır. Çünki bu quş, çiçəklərin nektarı və çiçəyin ortasında tapdıgı xırdaca həşəratlarla qidalanır. Lakin bu bitkilər çox vaxt elə zərif, incə olur ki, kolibri kimi cırtdanın da ağırlığına davam gətirə bilməz. Amma quş, qanadlannı elə sürətlə çalmaqla havada lap arı kimi hərəkətsiz qala bilir, dimdiyiylə çiçəklərdən nektar çəkə bilir.

Kolibri daha çox Şimali Amerikada olur. Onun yaqut rəngdə boynu var. Uzunluğu, dimdiyinin ucundan quyruğu nun sonuna kimi 8 10 santimetrdir. Belə xırdalığına baxmayaraq, bu quş öz yuvasını düşmərlərindən cəsarətlə qoruyur. Bəllidir ki, kolibri, yuvasını tar mar etməyə çalışan qarğaları, çalağanları qova bilir.

Kolibrinin yuvası da qəribədir. Onu yumşaq bitkilərdən, hörümçək torundan, mamırdan xırda fincan şəklində düzəldir. Yuvasında ikicə dənə xırda, ağ yumurtadan başqa heç nə olmur.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 21 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
...