0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində

Balıq necə nəfəs alır? 

1 cavab var:

0 səs
Yüz min illər qabaq, hələ yer üzündə insan yaranmamışdan, okeanlarda artq balıqlar üzürdü.

O zamanlar məhz balıqlar ən inkişaf etmiş canlılar idi.

Həmin vaxtdan bəri onlar ən müxtəlif yollarla inkişaf edirdilər, odur ki, indi onların yalnız bəzi növləri ilk primitiv okean balıqlarını xatırladır.

Balıq bir qayda olaraq, uzun və ucları nazikləşən quruluşa malik olur. İnsanlar gəmiləri, sualh qayıqları düzəldərkən formarı məhz balıqlardan götürüblər, çünki suda hərəkət üçün ən uğurlu forma məhz elə balıqlarını formasıdır.

Balıqların əksəriyyəti quyruğundan mühərrik kimi istifadə edir. Balıq özünün quyruğu və üzgəcləriylə hərəkətiri idarə edir. Balıqların bir növündən başqa hamısı nəfəsini qəlsəmələr vasitəsiylə alır. O, suyu ağzma doldurur, su qəlsəmələrdən keçir və xüsusi dəlikdən çölə tökülür. Suda oksigen olur və bu qaz qəlsəmələr vasitəsiylə balığın qanına düşür eynən insanın ağciyərinin oynadığı rolu balıqlarda qəlsəmələr oynayır.

Su həddindən artıq kirli olanda balıqlar onun üzünə çıxıb hava almağa çalışırlar, lakin onların qəlsəmələri oksigeni havadan almağa imkan vermir.

Balıqların qanı soyuqdur, amma sinir sistemləri başqa heyvanlarınkı kimidir, ağrını onlar da hiss edir.

Balıqlardan hərdən iy gəlir. Onların başlarında bunun dəhkləri yerləşir ki, həmin o iki qoxulu orqan həmin dəliklərin içindədir. Balıqların qulağı da olur, amma qulaqlar başın içində yerləşir və onlara “daxili qulaqlar” deyilir.

Balıqların üst tərəfdən tünd, aşağıdan açıq rəngdə olması düşmənlərindən qorunmaq üçündür. Yuxarıdan suya baxan düşmən suyun içində balığın rəngini seçə bilmir. Aşağıdan baxan düşmən isə elə bihr, gördüyü balıq yox, şəffaf, işıqlı sudur. Dünyada 20 mindən arhq balıq növü var və onlar çox zəngin bir həyat yaşayırlar.

Oxşar suallar

0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 29 Apreldə, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+2 səs
1 cavab
soruşub 17 Fevralda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...