0 səs
23 baxış
Heyvanlar, Bitkilər bölməsində

Bəzi balıqlar susuz yaşaya bilərmi?

1 cavab var:

0 səs
Balıqların orqanizmində bütün heyvanlar üçün xarakterik proseslər cərəyan edir və bunun üçün bütün zəruri orqanlar onda da var. Adamlar tez-tez soruşur ki, balıqların məsələn, ürəyi varmı, onlar eşidə bilirmi.

Balığın mədəsi, bağırsağı, əsəb sistemi var, onlar ağrı və narahatlıq hiss edə bilir. Onların lamisə hissi çox inkişaf edib, dadı isə bütün dəriləriylə hiss edirlər. Onların möhkəm qoxu verən orqanları, daxili qulaqları var.

Bildiyimiz kimi, balıqlar qəlsəmələri vasitəsiylə nəfəs alırlar - su daim bu qəlsəmələrdən keçir. Amma elə balıqlar da var ki, susuz uzun müddətqala bilirlər.

Maraqlı balıqlardan biri də uçan balıqdır. O, quyruğunu çox sürətlə tərpədərək möhkəm üzür. Sonra üzgəclərini düz tutub tam sürətlə sudan havaya sıçrayır. Uçan balıq, bu minvalla, su üzərində yüz metrədək uça bilir.

Uçan balıqdan da maraqlı dırmanan xan balığıdır. O, Uzaq Şərqdə yaşayır.

Onun ayn-ayrı fərdlərinin uzunluğu 8-20 santimetr olur. Bu balıqlar qəlsəmələrinin üzərini örtən tərpənən pullarının köməyiylə sahilə çıxa bilir. Balıq bu pullarını yerə ilişdirərək hərəkət edir. Quyruğu və üzgəcləriylə bədənini irəli itələyən heyvan, quruda ”gəzməyə” çıxır. Onu hərdən yerdən 1,5 metr hündürlükdə olan ağaclarda da tapmaq olar. Bu maraqlı məxluqların qəlsəmələri elə uyğunlaşıb ki, onlar müəyyən müddət quruda da nəfəs ala bilirlər.

Daha bir maraqlı balıq tropik sularda yaşayır, çömçəquyruğa oxşayır. O, özünün qabaq üzgəcləriylə yerdə tullana-tullana gəzir, ağaclara dırmanır. Afrikada yaşayan balıq növlərindən birinin isə ağciyərləri elə inkişaf edib ki, susuz yaşaya bilir. Quraqlıq zamanı o, lilin içinə girərək barama şəkli alır və beləcə, bütün yayı susuz yaşayır.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 29 Apreldə, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+2 səs
1 cavab
soruşub 17 Fevralda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...