Əgər balıqlar quşlar kimi havada Ə uçsaydı, mütləq üzgəcləriylə qanad çalardılar. Lakin balıqlardan heç biri belə uçmur.
Bəs yaxşı, onda uçan balıqlar havada necə hərəkət edir? Onlarda qanad rolunu adətən iri olan ön üzgəcləri oynayır. Balıq uçüş halında olanda, o, öz üzgəclərini düzəldib bədəninə nisbətən muəyyən bucaq altında saxlayır. Bəzən bu prosesdə arxa üzgəclər də iştirak edir.
Amma əvvəlcə balıq suda sürət yığmalıdır. Bu sürət nəticəsində balığın ön hissəsi sudan bayıra çıxır və o, quyruğuyla çox cəld hərəkətlər edərək sürət yığır. Sonra birdən üzgəclərini düzəldir və bu hərəkətin surəti onu havaya tullayır.
Uçan balıqlar bu minvalla havada ikiüç yüz metrədək uça bilir. Bəzən onlar dalğanın şanasına tuş gələrək əlavə sürət yığa bilirlər.
Beləliklə, uçan balıqlar ancaq suyun üzündə uçmur. Onların bəziləri sudan o qədər aralanır ki, nəhəng okean gəmilərinin göyərtəsinə belə düşə bilir.