0 səs
23 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə kürü tökərkən qızıl balıq çayyuxarı üzür? 

1 cavab var:

0 səs
Biz insanların noqteyi-nəzərindən bir çox heyvanlar öz balalarını dünyaya qəribə gətirir, onları körpə ikən qəribə qoruyurlar. Məgər quşların öz yuvalarını necə tikməsi, ya da bəzi heyvanların öz balalarını güclü düşməndən qorumaq üçün əzmlə mübarizəyə hazır olması, həqiqətən, qəribə deyilmi?

Qızıl balıqlara aid olan losos balığını çayın axımına qarşı uzun yol keçməyə vadar edən səbəb öz körpələrini əlverişli yerdə dünyaya gətirməsi, təhlükəsiz şəraitdə bəsləməsidir. Qızıl balıq ailəsinin bütün nümayəndələri küru tökmək üçun çayyuxarı losos qədər uzağa uzmürlər. Bəziləri aşağıda qalmağa üstünlük verir. Məsələn, çəhrayı losos da belə balıqlardan dır. O, öz kürüsünü duzlu dəniz suyundan cəmi bir neçə kilometr aralanaraq tokür. Müqayisəüçün deyək ki, kral lososu kürü tökmək üçün dənizdən 5 kilometrədək ar alana bilər.

Şirin su losos üçün ən əlverişli mühitdir, şirin suda o sağlam, güclü, kök olur. Lakin şirin suya düşərkən o, qidalanmasını dayandırır. Bəzən losos kürü tökmək istədiyi yerə çatana kimi tamam əldən düşür.

Çünki onlarm üzdüyü çayların çoxunda sədlər, şəlalələr, qayalar olur və yazıq hey van kürütökmə yerinə çatana kimi yaman günə düşür. Lakin hansı vəziyyətdə olmasına baxmayaraq Sakit Okean lososu inadla kürü tökəcəyi yerə can atır.

Balıq həmin məkana çatanda (adətən bu yer elə balığın özünün də dünyaya gəldiyi yer olur) suyun dibindəki qumda, yaxud çırıqılda quyruğundan, üzgəclərindən istifadə etməklə çala qazır, sonra da kürüsünü həmin çalaya tökür, erkək balıq isə kürüləri elə bu “yuvada” mayalayır. Bundan sonra dişi balıq kürülərinin üstünü basdırır.

İş başa çatanda lososlar həyata maraqlarını tam itirirlər. Onlar tələsmədən çayaşağı üzür və tezliklə ölürlər. Həyat isə onların yeni doğulan körpələrində davam edir körpələr təxminən 60 günə kürüdən çıxırlar,

Körpə lososlar şirin suda bir ilədək qalır, sorrra isə dənizə üzürlər. Həyat beləcə davam edir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 29 Apreldə, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+2 səs
1 cavab
soruşub 17 Fevralda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...