0 səs
20 baxış

İlan ayaqları olmadan necə hərəkət edə bilir?

1 cavab var:

0 səs
Yəqin ki, heç bir canlı insanda ilanlar qədər emosiya yaratmır.

Yer üzündə ilanların iki mindən çox növü var. Onlar qütb sahələrini çıxmaqla, yer üzünün bütün guşələrində var. İlanlar torpağın altında, yerin üstündə, suda, hətta ağaclarda yaşayırlar.

Əgər siz sürünən ilana diqqət yetirsəniz, heyvanın nə bir əzələsinin, nə bir sümüyü nün hərəkətini görə bilməzsiniz. İlanların ayağı olmur, amma orilar qumun üstündə, daşlıqda, ağaclarını üzərində hərəkət edə bilirlər.

İlanın bədəni xırda pulcuqlarla örtülu olur. Onların hərəkətinə kömək edən də elə budur. Hər pulcuğun sonu heyvanın altındakı torpağı itələyir. Yəni hərəkət edən əslində, onun pulcuqlarıdır və bu pulcuqlar nəticədə ilanı irəli aparır.

Amma ilanın yerişində, həqiqətən, qəribə olanı da elə pulcuqların necə hərəkət etməsidir. İlanın çoxlu qabırğaları olur. Məsələn, Afrika gürzəsinin 145 cüt qabırğası var. Hər qabırğa, fəqərə sütununun bəlli nöqtəsinə birləşir. İlanın fəqərə sütunu isə çox hərəkətlidir.

Hər qabırğa cütünün ucları ilanın alndakı iri pulcuqlara möhkəm birləşir. İlan qabırğasını tərpətməklə, həmin bu pulcuqları sərbəst hərəkət etdirə bilir. Nəticədə belə çıxır ki, ilanın ayaqları qabırğası, pəncələri isə qarnının altındakı pulcuqlandır.

İlan sürət yığmaq istəyəndə bədəni $ hərfi kimi qıvrılır, özünü irəli itələyir və sürətlə sürünməyə başlayır. Bəzi ilanların, məsələn, “udav” adlanan ilanların skeletində təkamül nəticəsində itirdiyi arxa ayaqların izlərini görmək olar, Ona görə də ola bilər ki, ilanların da bir zamanlar ayağı varmış.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...