0 səs
15 baxış
Heyvanlar, Bitkilər bölməsində

Zəhərli ilanlar hansılardır?

1 cavab var:

0 səs
İnsan ilandan həmişə qorxub, ona dərin nifrət bəsləyib. Bu sürünən heyvanların görkəmi, hərəkət etmək üsulu, ilan sancan adamların sonradan ölməsi insanın içindəki qorxumun səbəbinə çevrilib.

Artıq qeyd etdik ki, dünyada ilanların 2000 növü var və onlar qütb nahiyələrindən və bəzi adalardan başqa hər yerdə yaşayır.

Bəs ilanın zəhər dişinin quruluşu necədir? Bu dişlərin içi boş, uclarında deşik olur. Zəhər dişləri alt çənədə yerləşir və başın içində yerləşən zəhər vəziləri ilə əlaqəsi var. Dişlərini çıxarmaqla zəhərli ilanı tam ziyansız etmək mümkün deyil, çünki bu dişlər yenə çıxa bilir.

İlanlar adətən öz zəhərlərini ovlarına buraxırlar ki, onu yeyənə kimi, iflic olub hərəkət etmək qabiliyyətini itirsin.

İlanların hamısı zəhərli olmur. Məsələn, Birləşmiş Ştatlarda təxminən 120 ilan növü var ki, onların yalnız 4-ü zəhərlidir. Onlardan biri - mərcan ilanı kobra ailəsindəndir. Bu ilan yalnız cənubda yaşayır. Digər üç növ isə zınqırovlu ilanlardır ki, gürzəkimilərə aiddir. Zınqırovlu ilanları quyruqlarının ucundakı buynuz halqalarından tanımaq olar.

Şimal-Qərbi Asiyadakı gürzəkimilər də elə zınqırovlu ilanlar kimi, ovuna yanakı hücum edir. Bu ona görədir ki, həmin ilanlar özləri də həm irəli, həm də elə yanakı hərəkət edirlər. İlanların 600 növü zəhərlidir, lakin onlardan təxminən 150sinin zəhəri insan üçün ölümcül sayllır. Avropada olan yeganə zəhərli ilan elə gürzə sayılır. Böyük Britaniyada gürzəkimilərin cəmi üç növü var: hamar ilan, adi koramal və gürzə. Onların yalnız biri - gürzə zəhərlidir. İngiltərədəki ilanlar çöllərdə, düzlərdə, meşələrdə yaşayır. İrlandiyada isə ilan heç olmur.

Oxşar suallar

0 səs
1 cavab
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
4 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 05 Oktyabrda, 21 anonim Qanun, Hüquq bölməsində
...