0 səs
68 baxış
Heyvanlar, Bitkilər bölməsində

Zınqırovlu ilan necə şaqqıldayır?

1 cavab var:

0 səs
Dedik ki, zınqırovlu ilan heç bir xəbərdarlıq etmədən hücuma keçə bilər. Odur ki, onlardan uzaq gəzmək daha yaxşıdır.

Bəs onun çıxardığı səslər nədir? Bu şaqqılh buynuz qişasından ibarət sərt təbəqələrlə əlaqədardır. Bu təbəqələr bir birinə sərbəst şəkildə birləşiblər. Zmqırovlu ilan həyəcanlananda onun quyruğu əsməyə başlayır və quyruğun ucundakı həmin təbəqələr bir-birinə dəyərək şaqqilh çıxarır. Nəticədə şaqqıltı ilə viziltinin ortasında olan qəribə bir səs əmələ gəlir. Bu səsi təxminən 18 metradək məsafədən eşitmək olar.

İlan dərisini dəyişəndə, mütləq yeni halqalar da əmələ gəlir. Bu heç də o demək deyil ki, həmin halqalarm sayına əsasən, ilanın yaşını müəyyən etmək olar. Ilan dərisini ildə 2-4 dəfə dəyişır, yaşlaşanda isə quyruğundakı halqalar da tökülməyə başlayır.

Ala bula gürzələrin sifətində gözlə burun dəlikləri arasında xırdaca xallar olur.

Onlar istiyə qarşı çox həssasdırlar. Bu ilanlar gecələr ova çıxdığından və istiqanlı heyvanlarla qidalandığından həmin bu xallar ona yem tapmaqda kömək edir.

Adamlarda zınqırovlu ilanlar barədə daha bir yanlış təsəvvür formalaşıb. Onlar elə güman edirlər ki, bu ilanlar böyük məsafəyə sıçraya bilir. Amma əslində, ilan hərəkətsiz vəziyyətdən maksimum başını qaldıra bilir, halqa halqa yığılanda isə öz uzunluğunun cəmi üçdən biri qədər irəli atılır. Onların ən iri nümayəndələrinin iki metrdəri bir qədər artıq olduğunu nəzərə alsaq, bəlli olur ki, bu heyvanlardan qorunmaq o qədər də çətin deyil, sadəcə diqqətli olmaq lazımdır.

Bir şeyi də bilməyiniz faydalı olar: yenicə doğulan zınqırovlu ilanların quyruğunda artıq şaqqıltı yaradan təbəqələr olur və onların zəhər dişləri elə ilk dəqiqədən istifadə üçün yararlıdır.

Oxşar suallar

0 səs
1 cavab
+1 səs
4 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...