0 səs
29 baxış
Heyvanlar, Bitkilər bölməsində

Yer üzündə ən böyük ilan hansıdır?

1 cavab var:

0 səs
Dedik ki, yer üzündə 2000-ə yaxın ilan növü var. Bu canlılar insanlarda həmişə mənfi emosiya doğurur və bundan da ilanlar barədə cürbəcür əhvalatlar uydurulur. Məsələn, deyirlər ki, guya uzunluğu 18-20 metrə çatan dəhşətli ilanlar da var.

Amma, düzünə qalsa, bu boyda ilan yoxdur. Böyüklüyünə görə ilanlar arasında birinci yeri cəmi 10 metr uzunluğu olan kral pitonu tutur. Bu heyvan Malakka yarımadasında, Birmada, Hind-Çində və Filippin adalarında yaşayır.

İkinci yerdə Cənubi Amerika tropiklərində yaşayan anakonda durur. Onun uzunluğu 7 metrə çatır.

Anakondanın dalınca hind pitonu gəlir. O, Hindistanda, Malakka adasında yaşayır və uzunluğu 6-7 metrə çatır. Afrika qayalıq pitonu da təxminən elə bu boyda olur. Avstraliya və Yeni Qvineyada yaşayan almaz pitonun uzunluğu isə 6,5 metrədəkdir.

İndi isə bəzi səbəblərdən adamların dünyada ən böyük ilan hesab etdiyi udavdan danışaq. Amma bəri başdan deyək ki, onun uzunluğu 5 metri nadir hallarda keçir. Bu iyrənc məxluq Cənubi Meksikada, Mərkəzi və Cənubi Amerikada yaşayır.

Kral kobrası da xoşagəlməz kral ailəsinin üzvüdür və uzunluğu maksimum 5,5 metrdir. Bəs Birləşmiş Ştatlarda yaşayan ən iri ilan hansıdır? Onların ən böyüyü şərq zınqırovlu ilanıdır ki, uzunluğu 2 metr civarında olur. ABŞ-dakı ən iri ilanlar da elə onlardır. Oradakı başqa ilanlar isə 2 metrdən qısadır.

Yeri gəlmişkən, ən uzun ilan kimi tanınan kral pitonu ilanların heç də ən ağın deyil. Ondan qısa olan anakondanın çəkisi 160 kiloqrama çata bilər ki, bu da pitonların ən ağırından 45 kiloqram çoxdur.

Zəhərli ilanların ən uzunu kral kobrası, ən ağırı almaz zınqırovlu ilanıdır.

Oxşar suallar

0 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 16 Martda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 30 Dekabrda, 20 anonim Fəlsəfə, Dərkedilməyən bölməsində
0 səs
1 cavab
...