0 səs
14 baxış
Heyvanlar, Bitkilər bölməsində

Köpəkbalığı adam yeyirmi?

1 cavab var:

0 səs
Dnyada köpəkbalığının 150 müxtəlif növü var. Onların bəzi nümayəndələrinin çox dəhşətli görkəmi olmasına baxmayaraq, bu heyvanlar, əsasən ziyansızdır.

Köpəkbalıqları başqa balıqlardan fərqlənir. Məsələn, başqa balıqlarda qəlsəmələr üzərində mütəhərrik örtüklər olur, köpək balıqlarında isə qəlsəmə heyvanın dənsin dəki yarıqlardır. Onların onurğası sümük dən deyil, qığırdaqdandır. Köpəkbalığının daha bir qəribəliyi onların dişlərindədir. Çənə sümüyündə yerləşən dişlər əvəzinə onların damağında neçə sıra dişciklər var. Dişciklərin yerləşdiyi damağın dərisi tədricən böyüyür, bəzi dişciklər sürtülüb yox olur, arxasındakılar onları əvəz edir.

Köpəkbalığının ağzı başının aşağı tərəfindədir. Suyun altında olanda balıq vəziyyətini dəyişmədən qidalana bilir. Amma suyun üzündə olan ovunu tutmaq üçün o mütləq arxastüstə çevrilməlidir.

Köpəkbalıqlarının uzunluğu 30 santi metrdən 15 metrədək olur. Ən böyükk öpəkbalıqları kit köpək balıqlarıdır. Onlar tez tez gəmiləri müşayiət edirlər, amma o qədər ziyansızdırlar ki, onlardan, heç başqa balıqlar da çəkinmir.

Lakin köpəkbalıqları arasında azı iki növ kifayət qədər təhlükəlisi var. Onlardan biri pələng köpəkbalığıdır. O, ttopik sularda yaşayır, çəkisi 270 kiloqrama çatır, Pələng köpəkbalığı dəniz şirini uda bilir və adamlara hücum edir. Lakin köpəkbalıqlarının ən qorxulusu iri ağ köpəkbalığıdır. Onun uzunluğu 12 metrə çata bilər. Ağ köpəkbalığı balıqların ən qəri bəsidir. Onlar çətinlik çəkmədən dəniz şirini də, adamı da uda bilər.

Maraqlıdır ki, köpəkbalıqlarının ənirisi tamam təhlükəsizdir. Bu kit köpəkbalığıdır. Onun uzunluğu 15 metrdən çox olur, çəkisi 18 tona çatır. Yemi isə plankton adlı xırdaca dəniz carlılarıdır. Bu köpəkbalığının dişləri də cəmi üç millimetr olur.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 21 Apreldə anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...