0 səs
18 baxış
Heyvanlar, Bitkilər bölməsində

Niyə kit fəvvarə çıxarır?

1 cavab var:

0 səs
Kit, yaxud balina əslində balıq deyil, məməlidir. Onlar istiqanlı valıqlardır, balalarını dünyaya öz bətnindən gətirir, başqa balıqlar kimi kürüdən çıxarmır. Balaca kit balaları eynən başqa məməlilər kimi anasının südüylə qidalanır.

Bütün məməlilər kimi, kitlərin də əcdadı quruda yaşayıb. Odur ki, bu heyvanlar su mühitinə sonradan uyğunlaşmalı olublar. Bu o deməkdir ki, milyon illər ərzində onların orqanizmində başqa mühitdə yaşamalarına imkan verən dəyişikliklər əmələ gəlib.

Kitlərin qəlsəməsi olmadığından, onlar ağciyərləriylə nəfəs alırlar və təkamül nəticəsində ən böyük dəyişikliyə də bu heyvanların tənəffüs sistemi məruz qalıb. Əvvəllər onların burun pərələri başının ön hissəsində idi, amma tədricən yerini dəyişərək üstə keçib. İndi onlar suyun üzündən oksigen almağı asanlaşdıran biri-ki nəfəs dəliyini əmələ gətirir.

Suyun altında nəfəs dəlikləri iki xırda klapanla bağlarır və hava karalının ağızla birləşməməsi səbəbindən ağciyərlərə suyun düşmə təhlükəsi yoxdur.

Kitlər adətən suyun üzünə hər 5-10 dəqiqədənbir nəfəs almaq üçün çıxırlar, amma bəzən su altında 45 dəqiqə də qala bilərlərl Suyun üzünə çıxan kimi, kit ciyərlərindən istifadə olunmuş havanı buraxır. O bunu edəndə, uzaq məsafədən eşidilən, güclü səs çıxır, Bəs kitin buraxdığı fəvvarə nədən ibarətdir? Bu, su deyil, sadəcə işlənmiş hava və su buxarıdır.

Ciyərlərindəki havanı tam dəyişmək üçün kit bir neçə dəfə fəvvarə buraxır və bundan sonra suyun altına baş vurur. Bəzi kitlər 600 metrədək dərinliyə baş vura bilirləri Bəzən kitlər quyruqlarını suyun üzündə qaldırır, hətta çölə sıçrayaraq, bədənlərini sudan tam çıxarırlar.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...