+1 səs
17 baxış
Heyvanlar, Bitkilər bölməsində
Siz əgər su hövzəsinin yaxınlığında yaşayırsınızsa, yəqin, qış gələndə göllərin necə sakitləşməsinin şahidi olmusunuz. Qurbağaların qurultusu tam kəsilir. Yaxşı, bəs onda onların özü necə olur?

1 cavab var:

+1 səs
 
Yox. Qurbağalar elə orada qalır, amma onları nə görmək olur, nə eşitmək. Qurbağalar soyuqqanlı canlılara aiddirlər və həm suda, həm də quruda yaşayırlar. Belə canlılara “amfibiya” deyilir. Bu sözün mənası da “ikili həyat”dır.

Yetkin qurbağanın ağciyəri olur, amma o hava ilə bizim kimi nəfəs almır. Hava iki burun dəliyindən ağıza düşür və eyni zamanda qırtlağa enir. Sonra burun dəlikləri bağlanır, qurbağa qırtlağını sıxır və hava ciyərə keçir.

Şimal ölkələrində soyuq hava olanda qurbağalar suya baş vurur, özlərini lilə basdırıb qışın sonuna kimi orada qalırlar. Hətta ən şaxtalı qışlarda belə, su hövzələri dibinə kimi donmur, ona görə qurbağalar da sağ qala bilir.

Lakin onların bədən temperaturu çox aşağı düşür. İndi, amfibiya bu vəziyyətdə olanda ona çox az oksigen lazımdır, çünki lap az miqdarda qida qəbul edir. Bu, qurbağaların bütün qışı nəfəs almadan suyun alında qalmasını izah edir.

Suda oksigen lap azdır və qurbağaya indi yaşamaq üçün gərək olan az miqdarda oksigeni o dərisi ilə qəbul edir. Amfibiyalar hərdən qışı yumşaq torpağı olan dayazlıqlarda da keçirir, yaxud daşların, torpağın altında gizlənirlər.

Qurbağalar böyüklüyünə, formasına və rənginə görə bir-birindən çox fərqlənirlər. Bəzi ağac qurbağalarının uzunluğu 25 millimetrdən artıq olmur, bəbir qurbağasının ölçüsü isə 5 santimetrdən 10 santimetrədəkdir. Qurbağalar arasında ən iriləri öküz qurbağalarıdır. Onlardan bəzilərinin uzunluğu 20, pəncələrinin uzunluğu isə 25 santimetrə çatır.

Bu növə aid olan yetkin qurbağa, adətən tünd-yaşıl, yaxud qəhvəyi rəngdə olur. Ona görə də bu heyvanlan İilli dayazlıqda, yaxud otlar arasında seçmək çətindir.

Oxşar suallar

+1 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim
+3 səs
1 cavab
soruşub 08 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
+1 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 anonim İnternet, Kompüter bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...