+1 səs
43 baxış
Heyvanlar, Bitkilər bölməsində

Quru qurbağası ilə əsl qurbağalar arasında nə fərq var?

1 cavab var:

+1 səs
 
Bir çox adamlar quru qurbağasıyla əsl qurbağa arasında fərq olduğunu biləndə təəccüblənirlər. Həqiqətən də, onların arasında bəzi fərqlərin olmasına baxmayaraq, bu heyvanlar, əsasən bir-birinə bənzəyir. Onların hər ikisi suda-quruda yaşayan soyuqqanlılara aiddirlər.

Qurbağalardan və quru qurbağalarından çoxu bir-birinə yaman bənzəyir və onlan ayırmaq, doğrudan, çətindir. Qurbağaların dərisi düz, sürüşkən, özləri uzun, incədirlər. Quru qurbağalarmın əksəriyyəli isə quru, ziyilli, yasb-yapalaqdır. Qurbağaların çoxunun dişləri olur, quru qurbağalarının isə dişi yoxdur.

Amfibiyaların əksəriyyəti yumurta qoyur və bu baxımdan adi qurbağalar da, quru qurbağaları da eynidir. Onların yurnurtaları suyun üzündə görünən, ğeleyə bənzər kir ləkələrini xatırladır. Kürülərdən xırda çömçəquyruqlar çıxır və onlar amfibiyalardan daha çox, balığa bənzəyirlər.

Çömçəquyruqlar qəlsəmələr vasitəsiylə nəfəs alırlar, onların uzun quyruğu olur, ayaqları isə görünmür. Yumurtadan çömçəquyruq çıxana kimi, 3-25 gün keçməlidir. Daha 3-4 gündən sonra onun qəlsəməsi və quyruğu da itir, əvəzində ayaqları, ciyəri yararır. Lakin bir il də keçəcək və bu çömçəquyruq ya su, ya quru qurbağasına çevriləcək. Bu məxluqlar bəzən 30-40 il yaşayırlar.

Quru qurbağası adi qurbağadan az yumnurta qoyur. İldə cəmi 4000 — 12 OOO arası. Öküz qurbağasının dişisi isə bir mövsümdə 18 — 20 min dənə yumurta qoyur.

Quru qurbağalarının elə növləri var ki, yumurtadan bala çıxmasında erkəklər daha böyük rol oynayır. Avropada yaşayan belə qurbağa mövlərindən birinin erkəyi yumurtaları öz pəncəsinin ətrafına düzüb balalar yumurtadan çıxana kimi, yuvanın içində oturub gözləyir. Elə ki həmin an yaxınlaşdı, qurbağa yumurtaları suya daşıyır.

Cənubi Amerikada yaşayan quru qurbağaları isə yumurtadan valideynlərinir belindəki çökəklərdə çıxırlar. Bu çökəklərin üzərini dəri qatı örtür, içində isə maye olur. Kürülər çömçəquyruğa dönənə kimi orada qalırlar.

Mülayim iqlimdə yaşayan quru qurbağaları, adətən qəhvəyi, yaxud tündzeytun rəngdə olur. Tropik zonaların qurbağalar isə alabəzəkdir. Onlan ələ götürmək tam təhlükəsizdir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 24 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 30 Dekabrda, 20 anonim
+2 səs
1 cavab
...