0 səs
93 baxış
Heyvanlar, Bitkilər bölməsində

İlbizin çanağı necə yaranıb?

1 cavab var:

0 səs
Siz, yəqin, fikir vermisiniz ki, ilbiz öz çanağından mecə boylanır və bu zaman öz buynuszlarırı müxtəlif səmtlərə çevirərək necə oynadır. Heç onlardan birini yemək könlünüzdən keçib? Yox? Bəzi ölkələrdə, məsələmn, Fransada isə ilbiz ən ləziz təamlardan sayılır.

İlbizlər molyusklar ailəsinə aiddirlər. Bu canlıların onurğası olmur. Onların bəziləri bağlarda, digərləri su hövzələrindcləə, başqalam isə, hətta okeanlarda yaşayır. Lakin ilbizlərim iki başlıca növü var — çanağı olanlar və yalnız mazik mantiya qatı ilə örtülənlər. İkinci dəstənin nümayəndələrini, adətən molyusk adlandırırlar. Quruda yaşayan ilbizlərin üçsantimetrlik çanaqları olur. Molyuskların ölçüsü isə 7 santimetrə çatır.

Bütün ilbizlərin bədəninin aşağı hissəsində yerləşən bir dənə iri ayağı var. Bu məxluqların bir, ya iki bığcığı, yaxud buynuzu da olur. İki gözləri var ki, həmin biğcıqların ucunda da yerləşə bilər, dibində də, ağzının yanlarında da. Bu bığcıqların ucu çox vaxt genişlənir və içində xırda dişciklər olur. Heyvan bu dişciklər vasitəsiylə bitkilərin hissəciklərini qaşıyıb götürə bilir.

Bəzi ilbizlər heyvan mənşəli qida qəbul edirlər. Məsələn, san çanağı olan, istirdiyyə burğusu adlanan mövdən olan ilbizlər istirdiyyələrin çanağını deşib onun əti ilə qidalanır.

İlbizlər bir ağ ciyər, yaxud qəlsəmələr vasitəsilə nəfəs alırlar. Gözəl formalı çanağı olan ilbizlər özlərinin mantiyası, örtüyüylə seçilirlər. Onların çanağı spiralşəkilli olur və heyvan böyüdükcə, onda yeni-yeni bururnlar əmələ gəlir.

İlbizlərin çoxu yumurta qoyur, lakin bəzi növlər dünyaya diri bala gətirirlər.

Həm çanaqlı, həm çanaqsız ilbizlər yeriyərkən arxasında nəm, parlaq iz buraxırlar. Bu maye onlara imkan verir ki, daim nəm qalsınlar. İlbizi nəmləşdirən selik, qışda quruyaraq çanağın ağzını örtür. İlbizlər qış yuxusuna gedəndə yerdəki çalalardan, çatlardan istifadə edirlər.

Oxşar suallar

0 səs
3 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 15 Dekabrda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...