0 səs
54 baxış
Heyvanlar, Bitkilər bölməsində

Çanaq nədir?

3 Cavab

0 səs
Heç təsəvvür edə bilərsiniz ki, canlı orqanizmləri qoruyan nə qədər müxtəlif örtüklər var? Qoz qabığı, yumurtanın qabığı, tısbağanın, yengəcin, ilbizin çanağı...

Çanaq canlı orqanizmi qoruyan sərt bir qatdır. Onu ya öz sahibi, ya da onun valideynləri düzəldir. Çanaqlar cürbəcür materialdan olur. Məsələn, qozun çanağı ağac maddəsindən, digər çanaqlar kalsium kərbonatdan (əhəng), kvarsdan (şüşə tipli material) olur.

Çanaq onun içində gizlənən həyat formalarını qorumaq məqsədi daşıyır. Qozalar, yumurtalar çanaqla həmişəlik örtülü olmur. Onun daxilindəki canlı hissə toxum, yaxud bala böyüyərək çanağın qırmalıdır ki, azad olub bayıra çıxa bilsin.

Yengəclər və xərçənglər həmişə öz çanaqlarının içində tam gizlənmiş vəziyyət də olmurlar. Onların çanağı bir birinə yumşaq maddə ilə bağlanmış ayrı ayrı lövhələrdən ibarətdir. Bu canlılara hərəkət etmək, əyilmək imkanı verirlər.

Bəzi məxluqlar, məsələn böcəklər özlərinin sərt örtükləri altında nə qədər mümkündürsə, böyüyürlər. Sonra örtük onlara darlıq edəndə onu qırıb bayıra çıxırlar. Örtüyün altında yumşaq, dartılan dəri olur. Müəyyən zamarıdan sorra həmin dəri bərkiyərək yeni zirehə çevrilir.

Amma elə məxluqlar da var ki, onların çanağı bədəninin bir hissəsidir. Tısbağa çanağı, üzəri xususi lövhələrlə örtülmüş sümükdür. Çanağın üst tərəfində heyvanın qabırğaları və onurğa sütunu var. Onun alt tərəfi də sümükdür. Tısbağa, çanağı olmadan yaşaya bilməz. Çünki bu çanaq onun həm onurğa sütunu, həm də qabırğalarıdır.

Çanağı olan böyük bir qrup canlı orqanizmlər də var ki, onlara molyusklar deyilir. İlbizlər bu qrupun növlərindən biridir. İstirdiyyələr və ona bənzər mol yuskların qoşa çanağı olur. Bir təhlükəyə məruz qalanda, heyvan bu çanaqlarını kip qapayaraq onu qoruya bilir.
0 səs
1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək.

2. Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un.

3. Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı.

4. Elektrotexnika. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvarı qurğu. 65 metr uzunluğunda nəhəng buruğu xatırladan polad qaldırıcı yerə şığıyıb cəld qalxır, çanağına aldığı torpağı boşaldaraq böyük bir qum təpəsi yaradırdı. (M.Əlizadə).

5. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən.

6. Gövdə. Gəmi çanağı.

7. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvarı sərt qabıq; qın. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu .. dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. (M.S.Ordubadi).

8. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. Sazın çanağı.

9. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər. İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir.
0 səs
İçi oyulmaqla ağacdan hazırlanan qab. (“Koroğlu” dastanının lüğəti)

Qərəz, çoban çanağı əlinə alıb bir neçə qoyunu sağdı, elə ki çanaq süd ilə doldu, gətirdi qoydi Koroğlunun qabağına. (“Koroğlunun Türkman səfəri”) (İ.A.,B.A.)

Oxşar suallar

0 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
4 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...