0 səs
172 baxış
Heyvanlar, Bitkilər bölməsində

Süngər nədir?

4 Cavab

0 səs
Süngəri mağazalarda satır, ondan qab yuyanda, mətbəxi təmizləyəndə istifadə edirlər. Amma bu süngərlər həqiqi deyil, sıntetik materialdan düzəlmiş olur. Onlar əsl süngərlərə nə qədər bənzəsələr və istifadədə nə qədər rahat olsalar da, tamam başqa şeydir.

Əsl süngər kimyəvi laboratoriyada, zavod fabrikdə deyil, dənizdə olur. Uzun zaman insanlar elə bilirdi ki, süngərlər barədə hər şeyi bilirlər. Biz elə güman edirdik ki, süngərlər bitkidir. Amma 1825ci ildə Robert Qrant adlı bir nəfər sübut eladi ki, süngərlər bir zaman heyvan olub.

O, suyun içində olan süngəri mikroskop altında araşdırdı və diqqətini bir deşikdən girib digərirndən çıxan su axınları cəlb etdi, Amma yenə də, hələ uzun müddət alimlərin ağlma onun necə bir canlı orqanizm olduğu gəlmirdi. Onlar elə gü man edirdilər ki, süngər sürü şəklində yaşayarı çoxlu təkhüceyrəli orqanizmlərdən təşkil olunub.

İndi biz bilirik ki, süngərlər “məsaməlilər” sinfinə aid dəniz heyvanlarının qurumüş skeletləridir. Süngərlər heyvanlar aləminin ən aşağı, bəsit nümayəndəsi sayılsalar da, çox mürəkkəb quruluşları olur.

Onların üst qatı bir az pilləkəni xatırladan yastı yuvalardan ibarətdir. Bu yuvaların əmələ gətirdiyi kanallar başqa heyvanlarda olanlara bənzəmir. Onlar sütunşəkillidir və hər biri iri “suəmici” hissə ilə tamamlanır. Həmin bu əmicilər suyu süngərə çəkir, sonra da geri buraxır. Beləliklə, süngərlər həm oksigen, həm də qida (su ilə bir yerdə sorulan milyonlarla mikroskopik orqanızmlər) alır. Süngərlərin tullanhsı da elə geri qayıdan su ilə xaric olur. Ona görə də canında hələ su qalmış süngərlərdən pis qoxu gəlir. Amma qeyd etmək lazımdır ki, bu qoxu süngərləri eyni zamanda düşməndən müdafiə edir, çünki onu yemək hkrinə düşən heyvanların iştahasını küsdürüri

Süngərin ortasında açıq rəngli feleyəbən zər kütlə olur ki, onun içində yerini dəyişən yuvacqlar var. Görünür, bu yuvacıqlar həzm, tənəffüs və tullantıların çıxarılması proseslərində iştirak edirlər.

Süngərlənn cürbəcür formaları, rəngləri ola bilər Onlar, ümumiyyətlə, çox müxtəlif dirlər. Süngərlərin ən qiymətli növlərini sahildən 80-130 kilometr aralıda, suyun dərin yerlərində görmək olar.
0 səs
Təbii süngərə oxşayan məsaməli, elastik rezin məmulat.
0 səs
Bu heyvanların, suyu asanlıqla canına çəkən və yuyunmaq üçün istifadə edilən bəzi növlərinin yumşaq, məsaməli gövdəsi.
0 səs
Dənizdə yaşayan ibtidai, çoxhüceyrəli, bitkiyəoxşar heyvan tipi.

...Bitki və heyvanların ibtidai formaları arasında kəskin sərhəd qoymaq lazım deyildir. Məsələn, süngər, polip, mərcan və s. bu kimi heyvanlar bitki kimi bir yerə yapışaraq yaşayır. (M.Qasımov).

Oxşar suallar

0 səs
3 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Sentyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...