0 səs
21 baxış
Heyvanlar, Bitkilər bölməsində

Həşəratlar necə nəfəs alır?

1 cavab var:

0 səs
Bütün canlı orqarizmlər yaşamaq, ölməmək üçün nəfəs almalıdırlar. Tənəffüs prosesi sadəcə olaraq oksigen almaq və tullantı qazları çölə buraxmaq üçün nəfəs almaqdır. Bizim verdiyimiz havada artıq oksigen yoxdur, onda daha çox karbon qazı və su buxarı olur. Bizim aldığımız oksigen orqanizmimizin qəbul etdiyi bəzi məhsulların “yandırılması” üçün lazımdır ki, bədən onları həzm edə bilsin. Tərkibində su buxarı və karbon olan tullantiların bir qismi orqanizm tərəfindən məhv edilir, qalanı isə nəfəs verərkən xaric olunur.

Tənəffüsün ən sadə forması, yəqin, meduzalarda və soxulcanlarda ohur. Onların tənəffüs orqanlar, umumiyyətlə, yoxdur. Suda həll olmuş oksigen bu canlıların dərisi vasitəsiylə sorulur, həll olmuş karbon qazı da elə eyni yolla xaric edilir. Bu canlıların tənəffüsü barədə başqa söz demək olmaz.

Soxulcanlar isə daha mürəkkəb canlılardir. Onların bədənində xüsusi maye qan var ki, oksigeni dəndəmn alıb daxili orqanlara daşıyır, oradan da karbonu ahb xaric edir. Yeri gəlmişkən, qurbağalar da bəzən dərilərindən tənəffüs orqanı kimi istifadə edərək bu yolla nəfəs alırlar. Lakin qurbağanın ağciyərləri də var ki, oksigen çatışmayanda onu işə salır.

Bir çox həşəratların qeyri adi və çox maraqlı nəfəs almaqları var. Əgər onların qarın boşluğuna diqqətlə baxsaq, çoxlu xırda deşiklər, yaxud məsamələr görərik. Bu məsamələrin hər biri traxeya adlanan xüsusi borunun girişidir. Bu orqan da insanın traxeyası, yaxud, başqa sözlə desək, nəfəs borusu kimi işləyirl Beləhklə, həşəratlar da elə bizim kimi nəfəs ahrlar, fərq yalnız bundadır ki, onların qarın boşluğunda yüzlərlə belə nəfəs borusu ola bilər. Həşəratlar kimi xırda məxluqlarda, bu borular çox yer tutmur. Amma siz bir təsəvvür edin ki, insanda tənəffüs sistemi onlarınkına bənzəsəydi, nə olardı. Yəqin, onda bədəndə başqa orqanlar üçün yer də qalmazdı.

Yeri gəlmişkən, tənəffüsün tezliyi (yəni bizim nə qədər tez tez nəfəs almağımız) daha çox canlının böyüklüyündən asılıdır. Heyvan nə qədər iri olsa, o qədər yavaş sürətlə nəfəs alır. Məsələn, fil dəqiqədə 10 dəfə nəfəs alırsa, xırda sıçanlarda nəfəsin tezliyi bir dəqiqədə 200 dəfədir.

Oxşar suallar

0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 02 Sentyabrda, 21 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...