+1 səs
29 baxış
Heyvanlar, Bitkilər bölməsində

Milçəyin neçə növü var?

1 cavab var:

+1 səs
 

Bu sualın cavabı belə ola bilərdi: “Cəmi bir növü var zəhlətökən milçək! ”laugh Faktiki olaraq milçəklərin qorxulu olmayan növləri özlərinin zəhlətökənliyi ilə fərqlənir. Amma ümumiyyətlə götürsək, milçəyin 40 000 ə yaxın növü bəllidiri Yer üzündə, yəqin ki, milçəyin canlılara əziyyət vermədiyi bircə qarış yer də yoxdur. Mülayim iqlimli yerlərdə onlarla mübarizədə, hətta kimyəvi maddələrdən istifadə etsələr belə, milçəkdən yaxa qurtarmaq mümkün olmur. 

Yəqin, milçəyin bu qədər növu olması sizi möhkəm təəccübləndirdi, eləmi? Bu ona görədir ki, biz həmin rəqəmi söyləyərkən, elmi yanaşmadan istifadə etdik. Axı iki qanadı olan bütür həşəratlar, elmi dildə desək, “dipter”lər milçək sayılır. 

Onların sırasına təbii ki, həm də migmiğalar aiddir. Amma bu, yalnız başlarığıcdır. Bundan savayı, çox yayılmış ev milçəkləri, çox ağrılı sancması olan yaşılbaş göyünlər, əsl arıya bənzəyən və çiçək nektarı ilə qidalanan arıyabənzər milçəklər olur. 

İndi isə bir az da milçəyin ən maraqlı növlərindən danışaq. Şimal meşələrinin nəhəng sürülər şəklində uçuşan qara milçəkləri onunla məşhurdur ki, sancmaları bəzən adamların, heyvanların ölümünə səbəb olur. Birləşmiş Ştatların cənubundakı bəzi ağcaqanadlar konyuktivit adlanan xəstəliyin mikrobların yayırlar. Afrikada yaşayan sese milçəyi ölümcül yuxu xəstəliyinin mikroblarını daşıyır. Avstraliyadakı iri quldur-milçəklər başqa milçəklərin bədən şirəsini soraraq qidalanır. Yeri gəlmişkən, cıraırama və mayböcəyi əsl milçək sayılmır, çünki qanadlarının sayı ikidən çox olur.

Təbii ki, milçəklər arasında ən məşhur oları adi ev milçəyidir. Bəs siz bilirsiniz ki, onların “bığaqları” əslində iybilmə orqanıdır? Bu bığcıqlar qoxunu uzaq məsafədən duya bilir. 

Milçək pəncəsinin alt hissəsində oları iki caynağı üzərində yeriyir. Caynaqların altındakı yapışqanlı balışlar onlara nəinki düz divara dirmanmağa, hətta tavanda asanca gəzməyə belə imkan verir. 

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 06 Apreldə anonim
+1 səs
1 cavab
soruşub 03 Avqustda, 21 anonim Terminlər, Sözlər bölməsində
+3 səs
3 cavab
soruşub 18 Yanvarda, 20 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...