+1 səs
31 baxış
Heyvanlar, Bitkilər bölməsində

Meyvə milçəyi nədir?

1 cavab var:

+1 səs
 
Siz, yəqin, fikir vermisiniz ki, meyvələr ağaclardan tökülüb bir neçə gün yerdə qalanda çürüməyə başlayır və onların üzərində haradansa xırda milçəklər peyda olur. Görəsən, bu milçəklər haradan gəlir?

İki cür meyvə milçəyi var. Aralıq dənizi meyvə milçəkləri adi ev milçəklərinə bənzəyirlər, amma onların üzərində narmo, qara xallar olur. O, ən zərərli milçəklərdən sayılır.

Bu milçəklərin dişiləri yumurtalarını kal meyvə-tərəvəzə yerləşdirirlər. Çıxan balalar meyvələrlə qidalanır.

Bu minvalla bütün məhsul tələf ola bilər.

Evimizdə, çürüyən meyvələrin üzərində uçuşan xırdaca milçəkləri drozofil adlandırırlar. O, təhlükəsizdir. Dişi milçək uçaraq çürüyən meyvələri tapır və yumurtalarını yalnız çürüyən meyvələrə qoyur. Yeni dogulan milçəklər, ancaq çürüyən meyvələrlə əmələ gələn maddələrlə qidalarır.

Drozofil, yaxud xırda meyvə milçəyi elmə bəlli olan ən faydalı həşəratlardandır, çünki irsiyyətin, yəni valideynlərdən övlad

lara keçən cəhətlərin öyrənilməsi üçün drozofillərdən istifadə edirlər. Əgər bu problemi insanlar üzərində araşdırsaydılar, nəsil böyüyənədək çox gözləməli olacaq dılar. Məsələn, 30 nəslin öyrənilməsinə 500 il və daha artıq zaman sərf etmək lazım gələcəkdi. Amma meyvə milçəklərin dən istifadə etməklə 30 nəsl: bir il ərzində müşahidə etmək mümkündür.

Alimlər drozofildən öz təcrübələrində belə istifadə edirlər Milçəklər laboratoriada, xüsusi mayedən istifadə etməklə yetişdirrlir. Bu mayeyə “medium” deyirlər. Təxminən on günə meyvə milçəkləri doğulur və böyüyür. Artıq onuncu gün onlar cütləşməyə, bala gətirməyə hazır olurlar.

Milçəklər alimin istəyinə uyğun olaraq, istənilən kombinasiyada cütləşdinlə bilər. Bir neçə saat ərzində drozofihn dişisi elə həmin gün mnlərlə yeni milçək əmələ gətirmək üçün yumurta qoyurl Onları adi gözlə də mikroskop altında aparılan cərrahiyyə əməliyyah zamanı da müşahidə etmək olar. Bizim irsiyyət haqda bügilərimizin çoxu drozofillərin təkiqiqatı nəhcəsində əldə olunub.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 22 Yanvarda, 21 anonim Yemək, Aşpazlıq bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
3 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
4 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
...