+1 səs
38 baxış
Heyvanlar, Bitkilər bölməsində

Gecələr işıldaquşlar niyə işıqlanır?

1 cavab var:

+1 səs
 
Görəsən, elə bir adam var ki, işıldaquşlara təəccüb qalmasın?

Uşaqlar onları tutub şüşə qaba salaraq işıldamaqlarına valeh olur, başlarını bu canlı fənərlərin işığıyla qatırlar. Həm sizi, həm də elə alimləri bu böcəklərin verdiyi ecazkar işıq təəccübləndirir. Bu işıqların mahiyyəti hələ də sonadək aydınlaşmayıb, onlarda izaha ehtiyacı olan çox məqamlar var. İşıldaquşların işığı başqa işıq mənbələrinə bənzəməz, çünki yalnız onlar işıq verərkən istilik əmələ gətirmir. İşığın bu növünə lüminesensiya deyirlər. İşıldaquşun işığı lüsiferin adlanarı maddə hesabına yaranır. Onun oksigenlə birləşməsi işıqlanmaya səbəb olur.

Lakin bu reaksiya lüsifereyz deyilən başqa bir maddə olmadan yarana bilməzdi. Bu maddə bir katalizator rolunda çıxış edir, yəni kimyəvi reaksiyanın baş verməsinə kömək edir və lüsiferinə imkan verir ki, yanarkən işıq əmələ gətirsin.

İndi alimlər həmin bu işığı laboratoriya şəraitində də ala bilirlər. Lakirı bunu etmək üçün onlar işıq yaradan məxsusi hissəcikləri həşəratlardan almalıdırlar. Kimyaçılar bu qəribə həşəratların verdiyi işığı özləri ala bilmir. Bu hələ də təbiətin bir sirri olaraq qalır.

Bəs gecələr işıldaquşlar niyə işıqlanır?

Bu hadisənin çox izahı var. Onlardan biri bundan ibarətdir ki, işıq erkəklərin və dişılərin bir birini tapmasına kömək edir. Başqa bir səbəb isə işıqdan qaçan gecə quşlarını qorxudub, özlərindən uzaqlaşdırmaqdır.

Lakin alimlər indiyədək bilmirlər ki, bu işıqlar işıldaquşların nəyinə lazımdır, çünki irəli sürülən mülahizələrin heç biri əsaslı görünmür. Onlar belə düşünür ki, işıq işıldaquşların bədənində gedən kimyəvi proseslərdən yaranan dolayı effektdir. Onun mövcudluğu bəlli faktdır, amma bu işıqlar heç də həyati ehtiyacdan yararımır. Lakin bu hadisənin yaranma səbəblərindən asılı olmayaraq, gecənin qararılığında uçuşan bu xırdaca fənərlərin tamaşasına durmaq adama ləzzət eləyir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 06 Yanvarda, 21 anonim Elm, Təhsil, Dillər bölməsində
+2 səs
1 cavab
soruşub 19 Oktyabrda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 25 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
0 səs
1 cavab
soruşub 21 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+2 səs
1 cavab
soruşub 18 Fevralda, 21 anonim Şəxslər, Tarix bölməsində
...