+1 səs
27 baxış
Heyvanlar, Bitkilər bölməsində

Arı dəstəsində nə qədər arı olur?

1 cavab var:

+1 səs
 
Arılar bəzi cəhətləriylə, hətta insanlardan da mürəkkəb bir təşkilata malikdirlər. Heç bir başqa heyvan bu baxımdan onlarla müqayisə oluna bilməz. Arı yalnız koloniya üzvü olanda sağ qala bilər. Heç bir an özbaşına uzun müddət yaşamaq imkanında deyil.

Arı koloniyası bir kraliçadan (ana arı), minlərlə işçi arıdan və müəyyən mövsümlərdə bir neçə yüz, hətta minlərlə müftəxor, yaxud erkək arıdan ibarət olur.

Arı koloniyasının müəyyən bir sığınacağı olmalıdır. Onların yuvası hər yerdə ola bilər: çürük tirin gövdəsindəki koğuşda, hər hansı bir qutuda, yaxud müasir pətəklərdə.

Ana arı yumurta qoyur, amma qalan şeylərə diqqət yetirməyə onun imkanı olmur. O, bir gündə 1500 yumurta qoyur ki, bu da mövsüm ərzində 250 000 yumurta edir. Nadir hallarda ana an bütün ömrü ərzində milyon yumurta qoya bilir: adətən ana arıların çoxu cəmi bir-iki il yaşayır. O, mayalanmış yumurtalar qoyur ki, onlardan işçi arılar və dişi arılar əmələ gəlir, qoyduğu mayalanmamış yumurtalardan isə müftəxor arılar çıxır.

Koloniyada bir neçə min işçi arı ola bilər, lakin bu koloniya böyüyəndə onun sayı 60 000-ədək arta biləri Görürsünüz ki, bəzən arı sürüsündə yaman tünlük olur. İşçi arıların sayı bu dərəcəsdə artanda koloniyanın bir neçə ailəyə bölünməsi zəruri olur. Hər işçi arı heç bir hazırlıq prosesi keçmədən konkret bir işi yerinə yetirir. O çox mürəkkəb vəzifələrin öhdəsindən gələ bilir və bunu elə edir, sanki neçə illər dərsini keçib. Əvvəlcə işçi arı yalnız hücrələri təmizləyir. Sonra sürfələri yedirtməklə məşğul olur - tezliklə bu sürfələrdən arı çıxacaq və onlar yuvanı tərk edəcəklər. Axırda işçi arı çöldə işləməyə başlayacaq və nektar, çiçək tozcuğu toplayacaq ki, sonradan ondan bal əmələ gəlsin.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...