+1 səs
30 baxış
Heyvanlar, Bitkilər bölməsində

Arı balı necə düzəldir?

1 cavab var:

+1 səs
 
Arılar balı ona görə düzəldir ki, özləri də balla qidalarırlar.

Deməli, bu məhsulun hazırlanması prosesi arı koloniyası üçün yem ehtiyah yaratmaq üsuludur.

İlk növbədə an, çiçəkləri axtarıb tapır, onların nektarını toplayır. Sonra onu özünün xüsusi bal kisəsində daşıyıb yuvaya gətirir. Bu bal kisəsi arının qarının altında cibəbənzər bir yerdir. Bu bölməni qarından ayıran xüsusi klapan da var.

Balın hazırlanmasında birinci mərhələ arın öz içində başlanır. Nektardakı şəkər kimyəvi reaksiyaya məruz qalır. Növbəli addım nektardarı artıq suyum çıxarılmasıdır. Buna yuvadakı istilik və ventilyasiya nəticəsində, buxarlarıma ilə nail olurlar.

Şanlardakı balda arıların gətirdiyi, təbii nektarın tərkibindəki sudan var ki, o praktiki olaraq əbədi qoruna bilərl Onu şanlara yetişmək üçün qoyurlar ki, gələcəkdə arılar ondan yem kim istifadə etsinlər.

Yeri gəlmişkən, arılar nektar tapa bilməyəndə cürbəcür şirin mayelər toplayırlar. Bu mayelər müxtəlif böcəklərin ifraz etdiyi, bitkilərdən çıxan mayelər ola bilər.

Balı şanlardan müxtəlif üsullarla çıxarırlar. Lakin balın əsas qismi şanlardan, balçıxaran adlanan qurğu vasitəsiylə çıxarılır. Mərkəzəqaçma qüvvəsindən istifadə edən bu maşın, balı şandan çıxmağa məcbur edir.

Balın tərkibi pətəyin olduğu yerdən, nektarın hansı çiçəklərdən toplanmasından çox asılıdır. Balın tərkibində çoxlu maddələr var. Onların əsas hissəsini fruktoza və qlükoza kimi tanınan şəkər təşkil edir. Onda həm də kiçik miqdarda saxaroza (qamış şəkəri), maltoza, dekstrin, mineral maddələr, cürbəcür fermentlər, az miqdarda vitaminlər, lap azacıq protein və turşular olur.

Balın dadı və rəngi də fərqli olur hər şey bayaq dediyimiz kımi, nektarın mənbəyi olan bitkilərdən asılıdır. Bal istehsal olunan nahiyələrdə adətən, nektar toplamaq üçün yararlı sayılan cəmi bir neçə bitki olur. Məsələn, Birləşmiş Ştatların şimal şərqində bu yonca, qərbdə qarayonca, Avropada süpürgə koludur.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 22 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+1 səs
1 cavab
soruşub 23 Oktyabrda, 21 anonim Heyvanlar, Bitkilər bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
+3 səs
1 cavab
soruşub 13 Yanvarda, 21 anonim Bürclər, Fal, Magiya bölməsində
...